Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN-in vəzifəli şəxslərinin qətimkan tədbiri müddəti uzadıldı
Məhkəmə

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri- Nurupaşa Abdullayev, Səlim Əlizadə, İlqar Əliyevin barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimatlara baxılıb.

“Report” xəbər evrir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təmin edilib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirləri daha 3 ay uzadılıb.

Qeyd edə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Həmin şəxslər barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Paylaş »
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Neft kəskin bahalaşıb
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› İrana səfər etməyin şərtləri açıqlandı
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
Son xəbərlər
Bütün xəbərlər »