Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər Qarabağda təxribatlara davam edirlər
Ermənilər Qarabağda təxribatlara davam edirlər

Erməni mediası xəbər verir ki, Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, Hitlerin əlaltısı, Anadoluda və Qafqazda türklərə və azərbaycanlılara qarşı soyqırımı həyata keçirmiş Qaregin Nijdeyə heykəl qoyulub. Qaregin Nijde 1945-ci ildə İkinci Dünya müharibəsindən sonra Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunub. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölüb.

Maraqlıdır ki, Rusiya sülhməramlıları faşistin heykəlinin qoyulmasına mane olmayıblar.Siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya bildirib ki,Rusiyanın bu hadisəyə göz yumması tək Azərbaycana deyil, rus xalqına və eləcə də faşizmdən əziyyət çəkmiş bütün xalqlara təhqirdir.

Turab Rzayev Turab Rzayev

“Ondan başlamaq lazımdır ki, hazırda ermənilərin Qarabağda təxribatçı addımına yol vermək olmaz. Onlar faşistideoloquna abidə açırlar və buna nəzarət yoxdur. Dağlıq Qarabağda baş verənlərə nəzarəti kim edir? Sülhmramlılarmı, Ermənistanmı, bizmi? Yoxsa ortaq razılaşma olacaqmı?Bu hələ sual altındadır. İkinci məsələ. Ermənilərin belə bir gərgin vaxtda, hər iki tərəfin sülh danışıqlarının bərkidilməsinə çalışdığı zamanda əliqanlı bir faşistə abidə qoyması həssas, qıcıqlandırıcı məqamdır, biz bunu qəbul edə bilmərik. Bu sülhə atılan xoş addım deyil, Rusiya və sülhməramlılar buna yol verməməlidir.Rusiya faşizmin zərbələrindən ən çox itki verən dövlətdir. Rusiya bütün dünyanı 9 mayda parada dəvət edir. Dəvəti qəbul edilməyndə bunu siyasiləşdirir, incikliyini bəyan edir. Rusiyanı özündə belə ermənilərin qoyduğu Njde heykəli demontaj olunub. Rusiya Konstitusiyasına “Rusiya II Dünya müharibəsidə qələbə çalıb” cümləsini əlavə etdirmişkən bu nə münasibətdir.

Özünü faşizm düşmənçiliyi ilə bu qədər sıx bağlayan Rusiya indi özünün nəzarət etdiyi ərazidə faşistə abidə qoyulmasına göz yuma bilməz. Bu faşist Rusiyaya qarşı, Sovet ordusuna qarşı döyüşüb. O sıradan faşist deyil. Faşizm ideologiyasını yaradanlardan biridir, Erməni faşizminin əsasını qoyub, kitabını yazıb. Faşist məktəbləri yaradıb,hələ də davamçıları var.Ruslar da bunu görümür. Xankəndində pəncərəsi qırılmış erməni evini görür, amma faşistə abidə qoyulmasını görmür?! Bu təkcəAzərbaycana yox , rus xalqına və dünya xalqlarına da hörmətsizlikdir”,- deyə ekspert bildirib.

Müharibənin yaraları sağalmamış, şəhidlərimiz üçün axan göz yaşları qurumadan ermənilərin təxribatlarının biri bitir, digəri başlayır. Azərbaycan tərəfi bu hadisəyə rəsmi şəkildə münasibət bildirməli, ya da bu abidə sadəcə raketlə vurulmalıdır.Hər kəs yerini bilsin deyə.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »