Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Holokost qurbanlarını andı - Video
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Holokost soyqırımının qurbanlarını anıb.

Bu barədə Türkiyə Prezident Adminstrasiyası tərəfindən ölkənin Xarici İşlər Nazirliyi ilə birgə yaradılan Weremember.gov.tr saytında video yerləşdirilib.

Türkiyə lideri bildirib ki, insanlıq çətin mərhələdən keçir, digər viruslarla yanaşı irqçilik virusu da get-gedə yayılır.

“Milyonlarla insanın həyatını itirdiyi Holokost, Bosniya, Ruanda və Kamboca soyqırımlarından çox əvvəl sistematik ayrıseçkilik, marginalizasiya və nifrət dolu ifadələrin artması bu qırğınların olacağına işarət edib. Bu soyqırımların hər biri beynəlxalq cəmiyyətin məsuliyyət daşıdığına canlı nümunədir”, - deyə Ərdoğan bildirib.

Türkiyə başçısı qeyd edib ki, bu, həm də Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə Soyqırımların Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına əsasən müqavilə öhdəliyidir.

“Holokost, Bosniya, Ruanda, Kamboca kimi faciələrin təkrarlanmaması üçün beynəlxalq birlik hərəkətə keçməlidir. Xüsusilə, media orqanlarının və rəqəmsal platformaların da təsiri ilə artan İslam düşmənçiliyi və ksenofobiyaya artıq “dayan” deyilməlidir.

Soyqırım qurbanlarının xatirələrini hörmətlə yad edir, hər cür ayrı-seçkiliyin sona çatacağı və insanlığa qarşı cinayətlərin yaşanmayacağı bir gələcək diləyirəm”, - deyə Ərdoğan qeyd edib.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
Son xəbərlər
Bütün xəbərlər »