Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq

Övladlarının bataqlıq yerdə dəfn edilməsi ilə barışmayan 17 ailənin etirazı cəmiyyət tərəfindən eşidilsə də, hələ yuxarılar susur. Ailələr övladlarının nəşinin Şəhidlər Xiyabanına köçürülməsini istəyirlər. 17 şəhid ailəsi hətta gecəni məzarlıqda keçirib. Hamı danışır, bircə aidiyyatı qurumlar ağızlarına su alıb oturublar. Biri deyir, “istəklərinə çatmaq üçün belə ediblər", biri deyir, “qəbirləri dağıtmağa cəhd etməklə təxribat yaradırlar", biri deyir “şəhidə öz ailələri hörmətsizlik edir”. Olanları kimlərinsə tapşırığıyla problem yoxdur ayağına yazmaq istəyənlərdən bircə nəfər çıxıb demir ki, qrunt suları bu qəbirlərə necə dolub? Ümumiyyətlə o ailələrdən bir nəfərlə danışıb hadisəni öz dillərindən eşitmək istəyən yoxdur.

Qaradağda dəfn edilən şəhid xanımı Tağıyeva Ayşən Bizimyol.infoya verdiyi açıqlamada olanlara belə aydınlıq gətirdi.

“Təxribat zad yoxdur. Vətən yolunda can verənlərin ailəsi təxribatçılıq etməz. Bizim şəhidimizi gətirəndə dedilər ki, II Şəhidlər Xiyabanında dəfn olunacaq. Yoldaşım Yasamal rayonunda qeydiyyatdadır, Yasamal rayonunun şəhididir. Dəfn edəndə aparıblar Qaradağ rayonua. Başımızı itirmişdik, ilk şəhidimiz idi. Nəyin necə edildiyinin fərqində deyildik. Ayılanda gethaget gedib çıxdıq Qaradağ rayonuna. Mən övladımla onun atasının qəbrini ziyarət etmək üçün nə boyda yol getməliyəm, çox zaman heç taksi sürücüləri də tapa bilmir o məzar yerini. Qırxı çıxmamış getdik. Gördük qəbirlərin ətrafı sudur. Yanından su sızır. Məzarların üstü üç piləli götürülüb. Məzarları dağıtmayıblar. Sadəcə ən üstdəki sinə daşını qaldıranda gördük məzar dolub suyla. Neçə yerə şikayət etdik, dedilər gözləyin. Müdafiə Nazirliyinə getdik, dedilər pandemiyadı qəbul edə bilmərik. General Kərəm Vəliyev düşdü gəldi aşağıda bizi qarşıladı, dedi gözləyin. İşiniz həll olunacaq. Amma dəyişən bir şey yoxdur.

Müdafiə Nazirliyi İcra Hakimiyyətinin üstünə atır, İcra Hakimiyyəti də Müdafiə Nazirliiyinin. Biz gecəni qəbirstanlqıda qaldıq ki, bizi eşitsinlər. Onlar orda narahat yatarkən biz evdə yata bilərikmi.? Nə məzar daşı dağıdan olub, nə təxribat törədən. Biz əzizlərimizin su içində yatmasını istmirik. Əsla bununla razılaşmayacağəq. Evə qonaq gəlməzdən öncə hazırlıq görülür də. Bunu öncədən etsəydilər razı olardıq. İndi razılaşmırıq. Bilirdilər ki, şəhidlər olacaq. Niyə layiqli hazırlıq görmürdülər. Bizim ərlərimiz , qardşlarımız, oğullarımız su içində yatsın? Biz buna razı olmayacağıq. Bütün şəhidlərə eyni şəkildə diqqət göstərilsin. Onları da köçürsünlər II fəxri xiyabana. Kimin üçün saxlayırlar o şəhid məzarlarını?”.

Gözəl sualdır. Kim üçün saxlayırlar şəhid məzarlarını? Şəhid məzarı şəhid üçündür, nə zamansa dünyasını dəyişəcək hər hansı yüksək vəzifəli məmur üçün yox.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »