Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təkcə şəhid qəbrini yox, ümumiyyətlə, qəbirləri niyə su basmalıdır?” – Deputat
“Təkcə şəhid qəbrini yox, ümumiyyətlə, qəbirləri niyə su basmalıdır?” – Deputat

İkinci Qarabağ Müharibəsində həlak olmuş 17 nəfərin ailəsi "şəhidlərinin dəfn edildiyi Qaradağ rayonunun ərazisindən köçürülməsini" tələbi ilə etiraz edirlər.

Onlar yaxınlarının nəşinin İkinci Qarabağ Müharibəsində həlak olmuş şəxslərin yanında dəfn edilməsini istəyirlər.

Şəhid ailələri bildirir ki, onlar 4 aydır ki, susub, məsələni sakit həll etməyə çalışıblar, lakin nəticəsi olmayıb. Şəhid yaxınlarının sözlərinə görə, bu ərazi əvvəllər zibilxana ərazisi, bataqlıq olduğundan qəbirləri su basır.

"Hər dəfə də su basdıqca, gətirib qum tökürlər, guya düzəldirlər. Amma bataqlıq ərazisidir, düzəlməz ki,"- deyə ailələr bildirib.

Fazil Mustafa Fazil Mustafa

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı deputat Fazil Mustafa bildirib ki, şəhidlərin dəfn olunduğu yer dərhal dəyişdirilməlidir.

“Şəhidlərin məzarı quru ərazidə dəfn edilməli idi. O ərazidə çox sayda normal yerlər var. Qəbrlərin suyun içində olması ailələrin haqlı narazılığına səbəb olur. Onların etirazı qəbul olunmalıdır. Müəyyən addımlar atılmalıdır. Dərhal yer dəyişdirilib, normal yerlə təmin olunmalıdır. Bunu müvafiq qurumlar nəzərə almalıdır. Bu təkcə şəhid qəbrinə yox, ümumiyyətlə vətandaşlar üçün də ayrılan yerdə qəbri niyə su basmalıdır? Belə hörmətsizlik göstərmək olmaz. Hər kəsin heysiyyatı var”,-deyə bildirib.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, üç min şəhidin hamısını şəhidlər xiyabanında dəfn etmək üçün yer yoxdur.

“Şəhid ailəsi ilə razılaşdırmadan kim şəhidi onun istəmədiyi yerdə dəfn edə bilər? Mənim fikrimcə heç kim dəfn edə bilməz. Uzağ başı mən götürərəm öz şəhidimi apararam öz kəndimdə, elimdə, obamda dəfn edərəm. Oda olar ziyarətgah. Üç min şəhidin hamısını şəhidlər xiyabanında dəfn etmək üçün yer yoxdur. Təsəvvür edin ki, birinci Qarabağ müharibəsindən 30 min şəhid var. Hamı indi həmin şəhidləri ailələri durub desin ki, mənim şəhidimin yerini dəyişib gətirin Bakıya. Bu mümkünsüzdür. Hər rayonda olmalıdır şəhidlər xiyabanı. Bir Bakıda yığmaqla əmələ gələn iş deyil. Rayona gələn qonaqlara nə göstərəcəyik? Qarabağı necə, kimin hesabına aldıq deyəcəyik?”

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »