Ermənistanda Metsamor meyitxanasının yaxınlığında park edilmiş “Spayka” şirkətinə məxsus mobil soyuducular qalmaqala səbəb olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, həmin soyuducularda Qarabağda öldürülən erməni əsgərlərin meyitlərinin olduğu müəyyənləşib.
Metsamor sakinlərinin dediklərinə görə, müharibədə iştirak edən, cəsədləri hələ müəyyənləşdirilməyən hərbi qulluqçuların qalıqları səyyar soyuducularda saxlanılır.
Onların sözlərinə görə, artıq morqda cəsədlərin saxlanılması üçün yer qalmayıb və bu səbəbdən Ermənistan Müdafiə Nazirliyi kömək üçün “Spayka” şirkətinə müraciət edib.
Şirkət özü soyuducuların nazirliyin ehtiyacları üçün təmin edildiyini təsdiqləyib.