Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda zibil yeşiyindən doğranmış qadın cəsədi tapılıb
meyit

Yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğu məlumat verib.

Bildirilir ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
Son xəbərlər
Bütün xəbərlər »