Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hər il Qarabağda kənd təsərrüfatından 100 milyon gəlir götürüb
Ermənistan hər il Qarabağda kənd təsərrüfatından 100 milyon gəlir götürüb

Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan təkcə kənd təsərrüfatı sahəsində 100 milyonluq gəlirdən məhrum olub. Bu fikirləri Ermənistanın “Kəndlilər İtttifaqı” ictimai Birliyinin sədri Qraç Bərbəryan səsləndirib.

Qarabağda müharibə nəticəsində ermənilər 3 min hektar bağ, 50 min hektar taxıl sahəsi, 200 hektar soğan sahəsi itiriblər. Bu sahələridə məhsul hələ götürülməmişdi.

Qarabağdan Ermənistana ildə 100 ton buğda gətirilirdi. Bu miqdarda buğdanın itirilməsi o deməkdir ki, ölkə xaricdən buğda almaq üçün 20-30 milyon dollar xərcləməlidir. Bu fikirləri səsləndirən Bərbəryan 30 il ərzində Azərbaycan torpaqlarından götürülmüş külli miqdarda gəlir barədə də danışıb.Təkcə bu il Ermənistan Qarabağdan 300 milyon kilovat saat elektrik enerjisi almağı planlamışdı ki, bu da 13,5 milyon dollar deməkdir”,- deyə o bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »