Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid məzarlarıyla bağlı təxribat? – Oğru elə bağırdı...
Şəhid məzarları

Bir neçə gündür Qaradağ rayonu ərazisində şəhid məzarları ilə bağlı yaranmış qalmaqal müzakirə mövzusudur. Söhbət dərədə basdırıldğı üçün içərisinə su dolmuş 17 şəhid məzarından gedir. İş orasındadır ki, bir çoxları nəyə görəsə mütləq şəkildə şəhid məzarlarına qarşı hörmətsiz rəftar etmiş İcra Hakimiyyətini haqlı çıxarmaq üçün dəridən qabıqdan çıxıb, şəhid ailələrini ittiham edirlər - Şəhid anasını şəhid qəbrini təhqir eləməkdə günahlandırırlar.

Olanları boyamaq, malalamaq istəyənlər hətta şəhid ailələrinə təxribatçı deməkdən də çəkinmirlər, onları cəmiyyəti qızışdırmaqda, cəmiyyətin yaralı yerinə toxunmaqda günahlandırırlar. Oğru elə bağırıb, doğrunun bağrı yarılıb. Yara o ailələrin özündədir, özüdür elə. Hərə ağrısını, dərdini bir cür çəkir. Kimi hayqırır, hönkürür. Kimisi dizini qucaqlayıb göz yaşını içinə axıdır. Bir faktı unutmaq olmaz ki,şəhidlərin heç biri elit ailələrdən, yüksək etiketi gözləyən məmur sülalələrindən çıxmayıb. O şəhidlərin hamısı ailələrinin ümid yeri, güman yeri, gələcəyi idi. Hamısı da kasıb, bir tikə çörək üçün əlləri torpaq kimi cadar-cadar olmuş sadə inanların- fəhlələrin, süpürgəçilərin, bazarda işləyənlərin və s. balasıydı. Sadə insanın etirazı bu şəkildə ola bilər. Səsini kimsə eşitməyəndə özünə od vurar, öz başını yarar, öz balazının məzarını cırmaqlayar.

Belə olmalıydı, bağça, yaşıllıq və qara mərmər daşlar. Amma belədir, sarı torpaq, su dolu məzarda qalan cəsəd, boz məzar daşı, nalə çəkən şəhid ailələri. Şəhid məzarlığı üçün bataqlığı, su yığılan bir dərərəni seçənlər torpaq uğrunda can qoyan oğullara bu yarasız ərazinimi rəva gördülər.

Haqq qazandıranlar hansısa bir layihə şəklini, göstərib deyirlər ki gələcəkdə Qaradağda şəhidlər xiyabanı salınacaq, bura güllük gülüstanlıq oacaq. Bu gələcək nə zaman gələcək?

Hamıya bəllidir ki, müharibə gedə -gedə Bakıda şəhidlər üçün nəzərə alınmış ərazidə artıq yüzlərlə məzar qazılıb hazırlanmışdı. Nə qədər dilə gətirməyə əziyyət çəksək də, ağır olsa d, müharibənin reallığıdır, ölənlər olacaq və şəhidlər hər daim cəmiyyətin ən həssas yarası olaraq qalacaq. Bütün vəzifə sahibləri bunu bilir, o cümlədən Qaradağın deputatı da bilir, İcra Hakimiyyəti də. Niyə öncədən layiqli hazırlıq görmədilər?

İndi durub canından can vermiş şəhid anasına oğlunun məzarını dağıtdı deyib ağıl verəcəyinə, çarəni öncədən düşünməliydilər. Bu problemin yaranacağını bilə-bilə göz yumdular. Üstəlik yeyinti faktlarının olmadığı nə məlumdur? Bütün şəhid məzarları üçün standart qara mərmərdən istifadə olunur. Videogörüntüdən məlum olduğu kimi, şəhidlərimizn məzarında qara mərmər istifadə olunmayıb. Daha ucuza qaçıblar.

Bəli, mən də haqq veririəm ki, su belə olsa məzarları dağıtmaq olmazdı. Bu ən azından o ulu şəhid adına yaraşmaz. Bu olaydan öncə şəhid yaxınları məmurlara da müraciət edib və yəqin ki, onları razı salacaq cavab ala bilməyib. Araşdırılmalıdır. Lakin istənilən halda bilinməlidir ki, dövlət şəhidlərə və onların yaxınlarına ən yüksək səviyyədə sayğılıdır. Buna məsul məmurların uyğun davranış sərgiləməsinə gərək var. Hər kəs işinə məsuliyyətli yanaşsın ki, narazılıq da olmasın. Onlar can verdilər. Yerdə qalanlar da sadəcə əmək verməlidirlər.

Hər fədə yol gedəndə Şamaxıya çatar çatmaz yol kənarıdakı naməlum türk əsgərinin məzarını görüb dular oxuyuram. Yol kənarındakı məzarlar həmişə diqqətdə olur, dualar alır, unudulmur. Bu da mənim təklifimdir. Şəhid məzarları gözdən uzaqda yox, göz önündə, yollara yaxın yerdə salınsaydı, gediş gəliş də asan olardı, görənlər də dualarla yad edərdilər. Yeni gələn nəsillər də bu əfsanəni dildən dilə ötürərdilər.

İlhamə

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Martın 8-nə olan hava proqnozu
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »