Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid atası: “Şəhidin məqamı onun məzarı ilə ölçülmür” - Video
Şəhid cənazəsi

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən 18 nəfər qəhrəmanımız, Vətən Müharibəsinin iştirakçısı Bakının Qaradağ rayonunda yerləşən ümumşəhər qəbirstanlığında dəfn olunub.

Bizimyol.info APA-ya istinadən xəbər verir ki, sosial mediada, eləcə də internet üzərindən yayılan media resurslarında ötən gündən etibarən bəzi şəhid valideynlərinin övladlarının niyə məhz İkinci Fəxri Xiyabanında deyil, paytaxtın Qaradağ rayonu ərazisində yerləşən ümümşəhər qəbirstanlığında dəfn olunması ilə bağlı narazılığı ilə qarşılaşdıq.

Problemin kökünü araşdırmaq məqsədilə yolumuzu şəhidlərimizin uyuduğu məzarlıqdan saldıq. Elə bu məqsədlə aidiyyatlı orqanlara üz tutub, niyə valideynlərin bəzilərinin razı və yaxud narazı qalma səbəblərilə maraqlandıq.

Əvvəlcə şəhid valideynlərilə görüşüb onların fikirlərini dinlədik.

Şəhid İsmayıl Kərimli Vətən müharibəsində könüllü iştirak edib. 23 yaşlı qəhrəman şəhidimiz bir ay bir gün torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Atası Ceyhun Kərimov deyir ki Yasamal rayon İcra Hakimiyyəti oğlunun da dəfn olunduğu ərazinin gələcək layihəsini onlara göstərib: “Mənim qarşımda layihə var. Bu layihə icra hakimiyyəti tərəfindən tərtib olunaraq bizə verilib. Çox gözəl layihədir. Bu layihəni çox bəyənirəm.

Amma bir şeyi də demək istəyirən ki bu layihə olmasa da, şəhidin məqamı onun məzarı ilə ölçülmür, harda dəfn olunmağı ilə ölçülmür. Şəhidin məqamı artıq Allah tərəfindən verilən qiymətlə ölçülür. O, ən yüksək zirvədədir.

Balamızdır, heyifslənirik, ağlayırıq.

Amma şəhid kimi qürur hissi duyuruq. Mən onun dəfn olunduğu yerdən narazı deyiləm. İmkan versinlərin, çox gözəl layihəni axıra çatdırsınlar. Sonunda bütün şəhid ailələri yığılsın gəlsin məzarların üstünə. Əgər narazılıqları olsa, bununla təkcə yerli icra hakimiyyəti deyil, respublikanın bütün aidiyyatlı orqanları məşğul olacaqlar. Ondan sonra baxarlar, xoşları gəlməzsə hansısa qərar qəbul edərlər. Ümumiyyətlə, mən bütün şəhidlərimizin qarşısında baş əyirəm”.

Vətən müharibəsinin şəhidi Teymur Həsənov isə Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərindən gedən döyüşlərin iştirakçısı olub. Sentyabrın 29-da cəbhəyə yollanıb, oktyabrın 25-də şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhid xəbəri gələndən sonra mən narazılıq elədim ki övladım Polad Həşimovun yanında dəfn olunsun. Müdafiə Nazirliyinə getmişdim. Oradan dedilər ki Prezident Administrasiyasına gedim. Baş qarışdı getmədim. Şəhidin 3 mərasimində icra başçısı bizə gəlmişdi. O, dedi ki şəhidlərin məzarlarının hamısı Polad Həşimovun məzarları kimi olacaq. Mən də narazılıq bildirmədim. Əgər oradan bir qəbir çıxarılacaqsa, mən də çıxardacam”,-deyə atası Mahal Həsənov bildirib.

Şəhid Şahin Ağayevin qardaşı Mehman Ağayev isə bildirir ki, Vətən müharibəsinin iştirakçısı Şahin Ağayev Füzuli, Hadrut, Qubadlı, Cəbrayıl istiqamətlərində şücaət göstərib. Füzulinin Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda medalları ilə təltif olunub.

“Dəfn olunduğu yerlə bağlı ilk gün narazılığım vardı. Anam dinə bağlı olduğuna və icra hakimiyyətinin layihəsini gördüyümüzə görə qəbrin çıxarılmasını istəmədik. Ora gözəl yer olacaq. Milli Qəhrəmanımız Polad Həşimovun qəbrinin baş daşı ağdırsa, digər şəhidlərin ailələri bundan narazı olmamalıdır”,-deyə M.Ağayev bildirib.

Şəhid valideynlərinin gündəmə gətirdiyi problemə aydınlıq gətirmək məqsədilə Yasamal rayon İcra Hakimiyyəti Aparatının ərazi idarəetmə şöbəsinin müdiri Xəqan Teymurovla görüşdük.

O bildirib ki, Vətən mübaribəsində Yasamal rayonunun 33 şəhidi var. Onlardan 28 nəfəri rayon qeydiyyatında olan, digər 7 nəfəri isə başqa rayon qeydiyyatında olub Yasamal rayonunda yaşayanlar olub. Şəhidlərin bir qismi İkinci Fəxri Xiyabanda, bir qismi isə ailələrinin razılığına əsasən doğmalarının uyduqları bölgələrdə dəfn olunub. Bununla bağlı icra başçısı və icra hakimiyyətinin məsul əməkdaşları dəfələrlə şəhid ailələrilə görüşlər keçiriblər. Görüşlər həm fərdi, həm də qrup şəkilində baş tutub.

“Qaradağ rayonunda yerləşən ümumşəhər qəbistanlığın hərbi sektor adlandırılan ərazisində Yasamal rayon sakinləri olan 10 nəfər şəhidimiz dəfn olunub. Valideynlərin narazılığının səbəbi qəbirlərin Şəhidlər Xiyabanına köçürülməsilə bağlıdır. Bununla bağlı olaraq Yasamal rayonunun icra başçısı və məsul işçiləri dəfələrlə şəhid ailələrilə görüşlər keçiriblər.

Hazırda orada 10 şəhidimizin məzarı var. Onlardan bəzilərinin valideynləri qəbirlərin köçürülməsini tələb edirlər. Orada hazırda tikinti bərpa işləri gedir. Qısa zamanda memorial kompleks layihəsinin başa çatdırılması planlaşdırılır. Bu layihə ilə bağlı bütün şəhid ailələrinə ətraflı məlumat verilib. Layihə təqdim olunub. Onların təklifləri nəzərə alınıb. Bu layihədə respublikanın digər müvafiq qurumları da iştirak edir”,-deyə X.Teymurov bildirib.

Azərbaycan Respublikası Prezidentinin 31 dekabr 2020-ci ildə imzaldığı yeni fərmanla dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvae hadisələrilə əlaqədar olaraq əlilliyi olan şəxslərə, Milli Qəhrəmanlara, İkinci Dünya Müharibəsi iştirakçılarına xüsusi qayğısının növbəti təzahürüdür.

Şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanistanda sovet ordusunun tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan fərmanlara əsasən həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7 faiz artırılaraq 300 manatdan 500 manata çatdırılıb. Həmin fərmanlar 2021-ci ilin yanvarın 1-də tətbiq edilir.

Şəhid ailələrinin istəkləri və təklifləri nəzərə alınıb. Dövlətin ümümşəhər qəbirstanlığında dəfn olunan şəhidlərin olduğu ərazidə aparacağı abadlıq işlərinin eskizi də hazırdır. Şəhid qəbirlərinin qırılması doğru hərəkət deyil: Şəhidlərin ruhunu incidir.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »