Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Strateji Hücum Silahları haqda müqavilənin uzadılması qərarını Rusiyanın şərtləri ilə qəbul edib
abs-rusiya

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə Strateji Hücum Silahları haqda müqavilənin (SNV-3) uzadılması üçün ABŞ-la danışıqlar aparmağı tapşırıb.

Bu barədə prezidentin sərəncamı hüquq-informasiya portalında yayımlanıb.

Rusiya prezidenti Vladimir Putin dünən amerikalı həmkarı Cozef Baydenlə telefonla danışıb. Prezidentlər SNV-3-ün müddətinin uzadılması barədə razılığa gəliblər. Bundan sonra Putin müqavilənin uzadılması haqqında sazişi ratifikasiya üçün Federasiya Şurasına göndərib. Layihəyə artıq bu gün baxıla bilər. Rusiya parlamentində prezidentin təşəbbüsünü deputat və senatorlara Rusiya XİN başçısının müavini Sergey Ryabkov təqdim edəcək.

S.Ryabkov Rusiya və ABŞ-ın Strateji Hücum Silahları haqqında müqavilənin uzadılması haqqında qərarı Moskvanın şərtləri əsasında qəbul etdiyini açıqlayıb.

“Bizim şərtlərlə: ilkin şərt irəli sürülmədən, hansısa əlavələr olmadan 5 il müddətinə”, - deyə Rusiya XİN başçısının müavini bildirib.(apa)

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »