Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Youtube" Donald Trampın hesabının bloklanmasını uzatdı
"Youtube" Donald Trampın hesabının bloklanmasını uzatdı

“YouTube” videohostinqi ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabında videoların yerləşdirilməsi qadağasını qeyri-müəyyən müddətə uzadıb.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti bildirib.

Məhdudiyyətlər həmçinin Trampın şəxsi vəkili Rudolf Culianın hesabına da aiddir.

Qeyd edək ki, “YouTube” yanvarın 13-də Donald Trampın rəsmi hesabından yeni video yükləmək imkanını dayandırıb və keçmiş prezidentin son videosunu silib. Hostinq buna Trampın yerləşdirdiyi videomaterialların "zorakılığı alovlandırmasını" səbəb göstərib. Nəticədə qadağa daha bir həftə müddətinə uzadılıb.

Bundan əvvəl – yanvarın 8-də isə tvitter Trampın hesabını silib. Onun səhifələrini habelə feysbuk, instaqram, snapçat və tvitç sosial şəbəkələri də bloklayıb.

Son xəbərlər
Bütün xəbərlər »