Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 27 yanvar, 2021
Günün ulduz falı: 27 yanvar, 2021

Bizimyol.info qoroskop həvəskarlarına 27 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Məhsuldar bir gün olacaq. Qeyri-ciddi insanlar ciddi bir əhval-ruhiyyə qurmağı, tənbəllər işə vaxtında girişib ən yaxşı şəkildə nəticə göstərməyi bacaracaqlar. Faydalı tanışlıqlar gözlənilir. Gün fikir mübadiləsi aparmaq və onları müzakirə etmək, gələcək planlardan danışmaq üçün yaxşıdır.

Qoç bürcü Qoç bürcü

Qoç - Gün asan deyil. Düzgün qərarlar qəbul etmək üçün kifayət qədər təcrübə və sağlam düşüncə omayacaq. Məsləhətləri dinləməyə və müttəfiqləri köməyə çağırmağa dəyər, amma siz risk etməyə meylli olacaqsınız. Bu gün dəstəyin sizə zərər verməyəcəyini unutmayın və təklif edənləri rədd etməyin.

Həmişəkindən daha çox ailədaxili ixtilaflar mümkündür. Yaxınlarınız sizdən narazıdırlar. Bəzi köhnə problemlər yenidən ortaya girə bilər. Ola bilsin ki, heç xoşlamadığınız bir işi görmək məcburiyyətində qalasınız.

Buğa bürcü Buğa bürcü

Buğa - Uğurlu, zəngin və məhsuldar gündür. İşgüzar danışıqlar yaxşı alınacaq, planlarınızla çoxlarını maraqlandıra bilərsiniz. Gözlənilməz müzakirələr sonradan sizin üçün çox faydalı əməkdaşlıqlara yol aça bilər.

İsrafçılığa və dəbdəbəyə meylli olduğunuz üçün böyük alış-veriş etmək arzuolunmazdır. Daha sonra normal sağlam düşüncəyə qayıdacaqsınız.

Axşam yaxınlaşdıqca təşkilati məsələləri həll etmək daha asan olacaq. Bəzi Buğalar əvvəllər qeyri-mümkün görünən işi yoluna qoymaq barədə düşünəcəklər.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Həmişəkindən daha çox əsəbi olacaqsınız və tez-tez digər vaxtlarda əhəmiyyət vermədiyiniz detalları ürək ağrısı ilə qəbul edəcəksiniz. İşlər plana uyğun getməyəcək. Bu gün sizi qıcıqlandıracaq və təmkininizi pozacaq.

Tez bir zamanda həll etməyi üstün tutacağınız məsələlərdə gecikmələr ola bilər. Amma çox şey sizdən asılıdır. Çoxdan tanıdığınız tərəfdaşlar da kömək edə bilərlər.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - Günün əvvəlində vacib öhdəliklər götürməyin. Bu, yaxşı vaxt deyil. Çoxsaylı gecikmələr və ətrafdakı insanlarla münasibətləri pisləşdirən anlaşılmazlıqlar mümkündür. Özünüzü idarə etməyə və sakit qalmağa çalışın, amma hisslərin öhdəsindən gəlmək son dərəcə çətin olacaq.

Günortadan sonra daha səmərəli saatlar olacaq; bu zaman çox bacarıqlı olacaqsınız. Evdə problemlər asanlıqla həll olunacaq, çox vaxt tövsiyələriniz əzizlərinizə çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.

Şir bürcü Şir bürcü

Şir - Mübahisəyə girmək asandır, amma barışmaq çətindir. Yalnız çox sakit və soyuqqanlı insanlar özünü münaqişələrdən qoruya biləcəklər. Sərt ifadələrə əsəbiləşməyin və tikanlı zarafatlardan inciməyin. Daha təmkinli və mehriban olmasanız, başqaları ilə münasibətlər ciddi şəkildə və həmişəlik pozula bilər.

Bəzi çətin, lakin maraqlı işlər görmək imkanınız olacaq. Özünüzü də təəccübləndirən bacarıqlarınız üzə çıxacaq. Uğur qazanmaq üçün cəsarət lazımdır və bunu nə qədər tez göstərsən, bir o qədər də özünlə fəxr edəcəksən.

Qız bürcü Qız bürcü

Qız - Duyğuların öhdəsindən gəlsəniz və təxribatlara qapılmasanız gün yaxşı keçəcək. Səbrli olmağa çalışın. O halda gün bir çox Qızlr üçün əlverişli olacaqdır. Başqalarına ağır gələn yükləri qaldıra bilməyiniz də səbrinizin sayəsində mümkün olacaq.

Vacib söhbətlər stressli ola bilər, ancaq sizin üçün ən əlverişli şəkildə başa çatacaq. Axşam yaxınlarınızla ünsiyyət üçün yaxşı vaxtdır. Əvvəllər mübahisələrə səbəb olan məsələləri sakitcə müzakirə edə biləcəksiniz.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Uğurlu gündür. Sevdiklərinizi təqib edən bəzi problemlər də daxil olmaqla bəzi köhnə problemləri həll etmək üçün bir yol tapacaqsınız. Gələcək planlarınızla bağlı bir əminlik yaranacaq, prioritetlərinizi aydın başa düşəcəksiniz. Bir çox Tərəzilər çoxdan düşündükləri problemləri həll edəcəklər.

Sizi maraqlı düşüncələrə sövq edəcək bəzi qeyri-adi hadisələr, heyrətləndirici təsadüflər istisna deyil. Bu cür fikirləri kiminləsə bölüşmək hələ tezdir; əvvəlcə özünüz haqda düşünün.

Əqrəb bürcü Əqrəb bürcü

Əqrəb - İndi həmişəkindən daha çox anlayışa və dəstəyə ehtiyacınız olacaq. Məsələ burasındadır ki, sevdikləriniz səmimi olaraq istəsələr də, hər zaman dəstək verə bilməzlər. Bununla yanaşı, siz də uzun-uzadı izahatlar vermək istəmirsiniz. Bəzi Əqrəblər yalnız təkbaşına qalmağa üstünlük verəcəklər və bu vəziyyət onlar üçün faydalı olacaq. Digərləri çoxdan bəri davam edən bir hobbi xatırlamalıdır: yaradıcılıq güc verəcək.

Günortadan sonra maliyyə baxımından əlverişlidir. Qazanclı sövdələşmələr, köhnə borcların qaytarılması istisna deyil. Yaxşı alış-veriş etmək imkanı olacaq.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Müxtəlif fəaliyyətlərə uyğun sakit və uğurlu bir gün olacaq. Özünüz kifayət qədər səmərəli davranacaqsınız və başqaları ilə asanlıqla danışıqlar apara bilərsiniz. Bəzi köhnə problemləri həll etmək üçün bir fürsət olacaq. Amma ciddi olmasa da, tamamilə yeni bir işə diqqət ayırmaq sizin üçün daha maraqlı olacaq.

Səyahət həmişəkindən daha uzun çəkə bilər; planlar qurarkən bunu nəzərə alın. Günortaya vacib görüşləri təyin etməməyiniz yaxşıdır. Bu sahədə şanslı olmayacaqsınız və bu, sizin günahınız deyil.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Ünsiyyət baxımından olduqca çətin bir gün gözlənilir. Təxribatlara asanlıqla təslim ola bilərsiniz. Yaxşı bir şey gözləmədiyiniz insanların dalınca getmək ehtimalınız var. Bəzi Oğlaqlar iş ortaqları seçərkən də qəribə xasiyyət nümayiş etdirirlər. Səxavətli vəd verənlərə etibar edirsiniz; sadəcə, sizi riskli və təhlükəli bir macəraya cəlb etməyə çalışanlar var.

Yaxınlarınızla ünsiyyət sizi ruhlandıracaq. Sizi dəstəkləyəcək və yaxşı məsləhətlər verəcəklər.

Dolça bürcü Dolça bürcü

Dolça - Günün gərgin bir emosional fonu olacaq. Çox əsəbi olacaqsınız. Əksər hallarda mənfi duyğular sağlam düşüncəyə üstün gələcək, daha sonra peşman olacağınız sözlər deyə bilərsiniz. Bəzi Dolçaların qazandıqları təcrübə onları ağılsız hərəkətlərdən qoruyacaq. Lakin bürcün gənc nümayəndələri özləri üçün çox problemlər yarada bilərlər.

Günün ikinci yarısı birincidən bir qədər asan olacaq, amma çətin ki, tamamilə rahatlıq olsun. Təxəyyül və yaradıcılığın tələb olunduğu yerdə uğur əldə edə bilərsiniz.

Balıq bürcü Balıq bürcü

Balıq - Pis gün deyil, amma ilk yarı olduqca gərgin ola bilər. Bir çox şeyə həmişəkindən daha kəskin reaksiya verəcəksiniz, xırda şeylərdən narahat ola bilərsiniz. Uğursuz təsadüflər, bəzi xoşagəlməz hadisələr mümkündür.

Ancaq ciddi nəticələr doğurmayacaq, günün ikinci yarısı son dərəcə uğurlu və məhsuldar olacaq. Ulduzlar xüsusilə təhsil alan və ya tədqiqat fəaliyyəti ilə məşğul olan Balıqları himayə edəcək.

Ailədaxili kiçik fikir ayrılıqları mümkündür. Anlaşılmazlıq ola bilər. Vəziyyəti sakitcə aydınlaşdırmağa çalışın; mübahisələrdən qaçmaq öz əlinizdədir.

Son xəbərlər
Bütün xəbərlər »