Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikol Paşinyanın diplomatik pasportu oğurlanıb
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu ötən ilin 10 noyabrında ölkə hökumətinin binasına soxulan şəxslər tərəfindən oğurlanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan "Armenpress" agentliyinə bildirib.

Hökumət binasından ümumilikdə 14 diplomatik pasport oğurlanıb, onların hamısı etibarsız hesab edilib.

"Bu pasportlar arasında baş nazirin də diplomatik pasportu vardı", - Naqdalyan deyib.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağlıq Qarabağda atəşin dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Bəyanatın elan olunmasından sonra Ermənistanda kütləvi iğtişaşlar baş verib. Minlərlə insan hökumət binalarına soxularaq talanlar, dağıntılar törədib.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Martın 7-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »