Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı tərəfdaş ölkələrə yardımı artırır
Avropa İttifaqı tərəfdaş ölkələrə yardımı artırır

Avropa İttifaqı 2021-ci ildə qeyri-üzv ölkələrə humanitar yardımlara ayırdığı vəsaiti 60 faiz artıraraq 1,4 milyard avroya çatdıracaq.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının bugünkü açıqlamasında bildirilir.

Bu addım koronavirus pandemiyası üzündən dünyada humanitar yardımlara ehtiyacların xeyli artması ilə əsaslandırılır.

Humanitar yardımların 505 milyon avrosu Afrika ölkələrinə, 385 milyon avrosu Yaxın Şərq ölkələrinə və (Suriya qaçqınları üçün) Türkiyəyə, 28 milyon avrosu Qərbi Balkanlar və Cənubi Qafqaz ölkələrinə, habelə Ukraynaya ayrılır.

Son xəbərlər
Bütün xəbərlər »