Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan “TikTok”u həmişəlik qadağan etdi
Tik-tok

Hindistanın Elektronika və informasiya Texnologiyaları Nazirliyi “TikTok” da daxil olmaqla Çinin 59 tətbiqetməsinin ölkədə istifadəsinə həmişəlik qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb. Ötən ilin iyununda Hindistan hökuməti ölkənin suverenliyi, bütövlüyü və milli təhlükəsizliyi üçün "zərərli" hesab etdiyi 59 tətbiqetmənin istifadəsini müvəqqəti dayandırmışdı. Hökumət həmin tətbiqetmələrin səlahiyyətli şəxslərinə gizlilik və təhlükəsizlik daxil olmaqla, bir sıra suallara cavab vermək tələbi ilə müəyyən müddət vermişdi. Lakin şirkətlər tərəfindən verilən cavablar hind rəsmiləri razı salmayıb.

Bu səbəbdən 59 tətbiqetmənin istifadəsinə daimi qadağa qoyulub.

Qeyd edək ki, birdəfəlik qadağa qərarı Hindistanla Çin arasında Ladakh dağlıq bölgəsində qarşıdurmanın yaşanması fonunda verilib.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
Son xəbərlər
Bütün xəbərlər »