Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının müalicəsi ilə bağlı kliniki təlimatları yeniləyib.

Bunu ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris deyib.

O bildirib ki, yeni təlimatda əsas diqqət xəstəliyin xroniki təsirinə verilib:

"İnfeksiyadan sağalmanın normal müddəti iki həftə olsa da, bəzi xəstələrdə bu, daha ciddi formada - səkkiz həftəyədək davam edə bilər. Bəzilərində isə bu simptomlar daha uzun çəkə bilər. Xəstələr yorğunluq, müntəzəm öskürək, fiziki dözümsüzlük, eləcə də nevroloji və ürək simptomlarından əziyyət çəkirlər".(trend)

Son xəbərlər
Bütün xəbərlər »