Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar

Dünən İran gəlmişdi. Bu gün Fransa da özünü çatdırdı. Rusiya artıq çoxdan özünü yetirib. Həm də elə-belə yox. Topu-tüfəngi ilə...

44 günlük Qarabağ savaşında Ermənistanı dəstəkləyənlər, onlar; silahlandırıb üstümüzə göndərənlər, maliyyə, siyasi, logistik dəstək verənlər bu gün Azərbyacn əsgərlərinin qanı, canı bahasına azad etdiyi ərazilərdən öz şirkətlərinə “iş tutmaq”, tender qapazlamaq istəyir.

Dərd tək bu da deyil. Rusiyanın “sülhməramlı” adı altında öz qoşunlarını özünün “məsuliyyət zonası” elan etdiyi torpaqlarımızda – Qarabağın dağlıq hissəsində hələ də Ermənistan;n diversantları, separatçıları, terrorçu dəstələri meydan sulayır. Rusiya və Ermənistan siyasətçiləri, diplomatları və hərbçiləri Azərbaycanın cinayətkar kimi axtarışa verdiyi hərbi canilərlə Xankəndində qucaqlaşmaqda davam edir. Azərbaycana məxsus şəhərləri hələ də öz istədikləri kimi “Stepanakert”, “Mardakert”, nə bilim, nə kert adlandırırlar. Bir yandan sülhdən, üçtərəfli bəyanatdan danışırlar, o biri yandan, dayanmadan, yorulmadan, usanmadan, daha doğrusu, utanmadan Qarabağın ermənilər yaşayan ərazilərinə əsgər, silah, quldur dəstələri daşıyıb yerləşdirirlər.

Bəs nə oldu o üçtərəfli bəyanat?! O da gorbagor oldu?! Əgər bizim o şəhər və kəndlərimiz Rusiyanın məsuliyyət ərazisidirsə, niyə orada Azərbaycan əleyhinə gedən proseslərə - təxribatçı çağırışlara və əməllərə görə məsuliyyət tələb etmir?! Ya da niyə özü məsuliyyət daşımır. Ora dönüb olub “məsuliyyətsizlik ərazisi”, kim nə istəyir, onu edir. Azərbaycan xalqına, dövlətinə, orsdusuna qarşı saysız-hesabsız hərbi cinayətlər törətmiş Arayik Arutyunyan adlı oyuncaq separatçı xunta başçısı deyir ki, Qarabağ (“onların qondardığı adla “Artsax”) heç vaxt Azərbaycanın tərkibində olmayacaq, onu müstəqil dövlət kimi tanıtmaq lazımdır. Beynəlxalq aləmdə buna çalışdıqlarını deyir. Biz Laçın boyda şəhəri bunlara dəhliz verib Ermənistanla əlaqəsini təmin etmişik, Türkiyə və Azərbaycan yolları açıb Ermənistanı nəqliyyat blokadasından çıxarır, ancaq ermənilər nə Türkiyəyə qarşı soyqırım iddiasından əl çəkir, nə də Azərbaycan ərazisində ikinci erməni dövləti qondarmaq iddiasından. Bəs onda bu necə bir razılaşma olur?!

Rusiya Qarabağda Ermənistan ordusuna təlimlər keçir

Ermənistan hələ Birinci Qarabağ müharibəsində əsir, girov götürdüyü 4 min adamı qaytarmaqdan bir kəlmə söz etmir, ancaq gedib bu gün Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan təhlükəsizlik qüvvələrinin həbs etdiyi 62 erməni diversantını “hərbi əsir” kimi təqdim edib geri almaq üçün məsələ qaldırır. Halbuki həmin diversantlar 10 noyabr üçtərəfli razılaşmasından sonra Azərbaycan ordusuna və dövlətinə qarşı təxribatçı hücumlar törədiblər. Əgər noyabrın 10-da Ermənistanın da imzaladığı sənədlə müharibə dayandırılıbsa, noyabrın 11-də və ya daha sonra hərbi hücumlar niyə olub?! Hərbi əməliyyatlar olmayan yerdə hansı hərbi əsirdən söhbət gedir?! Üstəlik, həmin təxribatçı qüvvələr Azərbaycana faktik olaraq ultimatum verir: 62 diversant geri qaytarılmasa, Azərbaycan ordusunun postlarına partizan hücumları edəcəkləri ilə hədələməyə çalışırlar.

Rusiya Qarabağda Ermənistan ordusuna təlimlər keçir Rusiya Qarabağda Ermənistan ordusuna təlimlər keçir

Bir yandan da Rusiya hərbi təlimatçıları Ermənistana peşkəş etdikləri antidron sistemlərini sınaqdan keçiriblər; kəşfiyyat və zərbə dronlarını sıradan çıxaran texnologiyanın tətbiqini erməni hərbçilərə öyrədirlər. Bir müharibə hələ doğru-düzgün bitməmiş Ermənistanı yeni müharibəyəmi hazırlayırlar?! Onda o gecəyarısı bəyanat imzalamaq nə idi, bu nə?!

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »