Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Özəl klinikalar vergidən yayınır, vergi orqanları burada yoxlamalar aparmalıdır”
“Özəl klinikalar vergidən yayınır, vergi orqanları burada yoxlamalar aparmalıdır”

“Özəl klinikaların vergidən yayınması ilə bağlı məsələlər dəfələrlə ictimailəşdirilib. Odur ki vergi orqanları özəl klinikalarda vaxtaşırı yoxlamalar aparmalıdır”.

Bunu Bizimyol.info-ya hüquqşünas Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənov Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, özəl klinikalar ödənişlərə görə qanunda nəzərdə tutulan qəbzləri verməlidir: “Bunu etməyən klinikalar cəzalandırılmalıdır. Hətta bu məsələ ilə bağlı qanuna dəyişiklik edib cərimələri artırmaq lazımdır.

Hətta bəzi klinikalarda iki sahibkar xidmət göstərir. Ayrı-ayrı VÖEN-ə malik olan sahibkarlar bir klinikada xidmət göstərib qiymət müəyyən edirlər. Klinikanın cəmi gəliri onlar arasında bölüşdürülür. Buna da imkan vermək olmaz”.

Hüquqşunas özəl klinikaların vergidən yayınmasının qarşısını almaq üçün daha bir təklif irəli sürüb: “Özəl klinikalar əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmalıdır. ƏDV-nin geri alınması prosesinə nəzarət etmək lazımdır. Vətəndaş da ƏDV-nin geri alınması üçün klinikadan qəbz tələb etməlidir”.

Son xəbərlər
Bütün xəbərlər »