Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzi ölkələrdə "Facebook", "WhatsApp" və "Instagram"ın işində problemlər yaranıb
Sosial şəbəkələr

Bəzi ölkələrdə “Facebook”, “WhatsApp” və “Instagram” istifadəçiləri bu xidmətlərin istifadəsində problemlərlə üzləşiblər.

“APA-Economics”in “Downdetector”a istinadən verdiyi məlumata görə, problemlərin mövcudluğu barədə Finlandiya, Estoniya, İsveç, Rusiya və digər ölkələrdən olan istifadəçilər xəbər veriblər.

Portalın yaydığı məlumata görə, “WhatsApp” istifadəçilərinin 83%-i serverə qoşulma problemi ilə üzləşib, 15%-i veb-səhifədən istifadə edə bilmədiyi bildirib, qalanı isə servisə daxil ola bilməyiblər.

“Facebook”un işində də dayanmalar müşahidə olunub. İstifadəçilərin əksəriyyəti (87%-i) saytı yükləyərkən problem yaşayıblar, digərləri isə sosial şəbəkəyə daxil ola bilməyiblər.

“Instagram”la problemlərlə daha çox Rusiya, Estoniya, Finlandiya və digər ölkələrdən olan istifadəçilər qarşılaşıblar. İstifadəçilərin 55%-də xəbər lenti yüklənməyib, 27%-i profillərinə daxil ola bilməyib, 17%-i isə veb saytın işindən şikayətləniblər.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »