Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilib
Manat - Maaş

Pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 174 316 muzdlu işçini əhatə edən 18 845 vergi ödəyicisinə 39,06 mln. manat həcmində maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait alan və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilib. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlanıblar.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83 162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1 000 manatadək birdəfəlik ödəniş alan fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib.

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergi ödəyicilərinin bank hesablarına köçürülüb.

Qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində vergi ödəyicilərinə 4 mərhələdə ümumilikdə 246 mln. manatdan çox, fərdi (mikro) sahibkarlara isə 112,17 mln. manatdan çox olmaqla, ümumilikdə 358,2 mln. manata yaxın maliyyə vəsaiti ödənilib.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »