Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
“Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”

“İran Azərbaycan və Türkiyənin altılı platforma təşəbbüsünü dəstəkləyir”.

Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz tvitter səhifəsində bildirib. “Düşmənçilik və rəqabətdən əməkdaşlıq və dostluğa. İran Altı Tərəfli Regional Əməkdaşlıq Təşəbbüsünü dəstəkləyir”,- deyə Musəvi qeyd edib.

Abbas Musəvi Abbas Musəvi

Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, İran proseslərdə öz aktivliyini qorumaq istəyir, çünki Amerikada Trampın hakimiyyətdən getməsindən sonra demokratların yenidən iqtidara gəlməsi, İranın regional mövqeyinin gücləndirilməsini tələb edir. Onun sözlərinə görə, respublikaçılar dövründə İranla hansısa danışıqlar və s. mümkün olurdusa, demokratların hakimiyyətdə olduğu dövrlərdə ABŞ-ın və bütövlükdə Qərbin İrana qarşı münasibətləri daha kəskin olub.

“Baydendən sonrakı ABŞ xarici siyasətində də İrana təsir və təzyiq faktorları daha güclü olacaq. Buna görə də, İran regionda öz gücünü göstərmək istəyir.

Aktiv əməliyyatlar dövründə Türkiyə və Rusiyanın regional güc kimi ortaya çıxması və Qafqaz regionunda bu iki dövlətin əsas mərkəz kimi beynəlxalq siyasi arenalarda görünməsi düşünürəm ki, İranı narahat etməyə başlayıb. Ona görə də, İkinci Qarabağ savaşı dövründə də İran Azərbaycan və Ermənistana həllə bağlı müxtəlif təkliflər hazırlamış və rəsmi səviyyədə hər iki ölkəyə səfərlər təyin eləmişdi.

Tural İsmayılov Tural İsmayılov

Artıq yeni infrastruktur layihələri qurulur, nəqliyyat və logistika layihələri həyata keçirilir. İran rəhbərliyi yaxşı başa düşür ki, Qarabağın işğaldan azad olunması və Azərbaycanın güclü xarici siyasət faktoru nəticəsində həm Cənubi Qafqazda, həm də bütövlükdə regionda postkorona siyasi mühiti tam yeni və fərqli olacaq. Məhz regionun taleyini və bundan sonra iqtisadi, siyasi münasibətlərini Azərbaycanın savaşda qazandığı qələbə müəyyənləşdirdiyinə görə, İran da bu proseslərdə fəal şəkildə rol almaq istəyir. Ona görə də, həm İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərlə başlayan və region ölkələrində davam edəcək bu siyasi gedişləri, həm də İranın Azərbaycandakı səfirinin açıqlamaları mühüm strateji əhəmiyyətə malikdir. İran bundan sonra Türkiyə və Azərbaycan faktorunun daha güclü olduğunu dərindən dərk edir. Azərbaycan və Türkiyə ilə münasibətlərini daha da gücləndirmək istəyir. Rəcəb Tayyip Ərdoğanın vurğuladığı kimi bundan sonra altı ölkə arasında qurula biləcək əməkdaşlıq formatı həm də İrana olan sanksiyalar və iqtisadi,siyasi təzyiqlərdən çıxması üçün alternativ yollar təqdim olunmasına gətirib çıxaracaq”.

Tural İsmayılovun sözlərinə görə, Ermənistanla bağlı məsələ isə Azərbaycan və Türkiyənin mövqeyindən asılıdır. “Türkiyə və Azərbaycan dəfələrlə vurğulayıb ki, Ermənistan məğlubiyyət kapitulyasiyasından sonra təxribatlara getməsə, Azərbaycan və Türkiyəyə qarşı hansısa açıq şəkildə siyasi təhdidlər həyata keçirməsə, bundan sonra regional əməkdaşlıq formatlarında təmsil oluna biləcək. Buna görə İranın altı ölkə ilə əməkdaşlıq barədə açıqlamaları Ermənistanı da əhatə edə biləcək. Bir daha qeyd edirəm ki, Azərbaycan və Türkiyənin razılıq verəcəyi formada. Ona görə də, bundan sonra Azərbaycan, Türkiyə, Rusiya, İran koronavirusdan sonrakı dövrdə dünya siyasi arenasında xüsusi çəkiyə sahib olacaq və Ermənistan da böyük siyasi güclər qarşısında öz məğlubiyyətini başa düşərək, bundan sonra təxribatlara, təzyiqlərə və qərb imperialist dairələrinin mərkəzinə çevrilməyəcəksə, İranın da qatılacağı bu siyasi ittifaqdan bəhrələnə biləcək”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »