Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Həkim mafiyası parlamentə təsir edir və “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanunun qəbul olunmasına mane olurlar”
“Həkim mafiyası parlamentə təsir edir və “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanunun qəbul olunmasına mane olurlar”

Azərbaycan Silahı qüvvələrinin zabiti, 1982-ci il təvəllüdlü Rəşad Səbzulla oğlu Mahmudovun ailəsi “Baku Medical Plaza”ya qarşı ittihamlar irəli sürüb. İddiaya görə, klinika xərclərini qarşılamaq üçün ailə bankdan kredit götürüb. Amma hərbçi əməliyyatdan bir müddət sonra vəfat edib.

Klinikadan bildirilib ki, pasiyent Rəşad Mahmudovun ailəsi klinikamıza Meningioma (beyin şişi) diaqnozu ilə müalicə aldığı Hərbi Hospitalda əməliyyat üçün lazımi avadanlıq olmaması səbəbindən müraciət edib.

Pasiyentin əməliyyatına və reanimasion xərclərinə görə həkimlər və klinika əlavə məbləğlərdən imtina edib, ödədilən vəsait reanimasion müalicəsi üçün zəruri dərmanlara xərclənib, əlavə olaraq 20 000 manat məbləğində göstərilən tibbi xidmət klinika hesabına təmənnasız göstərilib.

Bu məsələdən sonra özəl klinikalarda xidmət səviyyəsinin aşağı olması, qiymətlərin baha olması və vergidən yayınması məsələsi sosial mediada müzakirələrə səbəb olub.

Klinikalarda Azərbaycan reallığı üçün astronomik qiymətləri kim müəyyənləşdirir?

Pasiyentləri bir evin qiyməti qarşılığında əməliyyat edən klinikalar niyə vergini ödəyəndə qəpik-quruş ödəyir?

“Tibb komissiyasına sizin saytınız vasitəsilə çağırış etmək istəyirəm. Klinikalar və həkimlər xəstələrin taleyi ilə oynayırlar. Mütləq pasiyentlərin hüquqlarının müdafiəsi haqqında qanun olmalıdır. Həkimlər risk daşımalıdır, məsuliyyət daşımalıdır. Keyfiyyətsiz xidmətə görə klinikalar pasiyentə nəinki ödədiyi vəsaiti geri qaytarmalıdır, hətta kompensasiya ödəməlidir”.

Bunu Bizimyol.info-ya Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Eyyub Hüseynov Eyyub Hüseynov

Ekspert təəssüflə qeyd edib ki həkim mafiyası parlamentə təsir edir və “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanunun qəbul olunmasına mane olurlar: “Azərbaycan həkimləri biznes istəklərindən əl çəkib, həkimliklə məşğul olmalıdır. Klinikalar və həkimlər pasiyentlərə gəlir mənbəyi kimi yanaşıdığı üçün əhalinin sağlam olmasında maraqlı deyillər. İnsanların çox yaşaması və sağlam yaşaması həkimlərə sərfəli deyil. Hökumətə də sərfəli deyil. Hökumət istəyir ki əhali pensiya yaşına çatmasın. Onların pensiya fondunda yığılmış pulları hökumətə qalsın”.

Ekspert deyib ki, klinikalarda kassa çekinin verilməməsi ciddi problemdir: “Mərhumun ailəsi mənə müraciət edərsə, onların xəstəxanaya xərclədiyi pulu geri qaytarmaq olar. Çünki istehlakçıya keyfiyyətli xidmət göstərilməyib və nəticədə istehlakçı həyatını dəyişib. Burada ciddi məsələlərdən biri klinikanın edilən ödənişlərə görə istehlakçıya hansı sənədin verilməsidir. Klinikalarda kassa çekinin verilməməsi ciddi problemdir. Saxta sənəd verirlər. Əminəm ki adıçəkilən klinikada da saxta sənəd veriblər”.

Son xəbərlər
Bütün xəbərlər »