Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb
Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb

Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

Bank bu sahədə daha bir vacib layihəyə dəstək olub. Unibank qüdrətli ordumuz tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinə öz töhfəsini verərək “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılan “Qarabağ Dirçəliş Fondu” işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Unibank bundan sonra da dövlətçiliyimizin qüdrətlənməsi, ölkəmizin iqtisadi inkişafı və vətəndaşlarımızın iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu cür vacib layihələrin həyata keçirilməsində yaxından iştirakını davam etdirmək niyyətindədədir.

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Bütün xəbərlər »