Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Bu gün ən aktual mövzulardan biri Hərtərəfli Birgə Fəaliyyət Planının xilas edilməsidir”
Lavrov: “Bu gün ən aktual mövzulardan biri Hərtərəfli Birgə Fəaliyyət Planının xilas edilməsidir”

“Rusiya ilə İran arasında olan konstruktiv və daimi xarakter daşıyan dialoqu qiymətləndiririk. Bu dialoq etimadlı şəkildə ikitərəfli və beynəlxalq gündəmdə olan məsələləri müzakirə etməyə kömək edir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, İranla Rusiya arasında sıx beynəlxalq və regional gündəm mövcuddur.

“Bu gün ən aktual mövzulardan biri İranın nüvə proqramının nizamlanması ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının xilas edilməsidir. Biz İranla Hərtərəfli Birgə Fəaliyyət Planının tam bərpa olunmasında maraqlıyıq. Bu planı imzalayan tərəflərin öz üzərinə götürdükləri öhdəliklərini icra etməsində maraqlıyıq. Bizi əhatə edən regionda ölkələrimizin rolunu nəzərə alaraq Körfəzdə təhlükəsizliyin təmin olunması, Əfqanıstan nizamlanmasında dialoqun dərinləşməsində maraqlıyıq və əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılıq əldə etməsindən sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək olar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »