Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran regionda Türkiyəsiz platforma istəyir... - Politoloqdan açıqlama
İran regionda Türkiyəsiz platforma istəyir... - Politoloqdan açıqlama

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə görüşdə deyib ki, energetika, yenidənqurma və Qarabağa geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr İran üçün prioritet təşkil edir.

Bakıdan sonra Moskvaya səfər edən Cavad Zərif Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə əsas müzakirə mövzularından birinin Qarabağ olacağı gözlənilir.

“44 günlük Vətən müharibəsi bitəndən sonra İran prezidentinin xüsusi nümayəndəsi Bakıya gəlmişdi. Hətta dövlət başçısı ilə görüşmüşdü. Bütün bunlar deməyə əsas verir ki İran regionda aktivləşmək niyyətindədir. Və Azərbaycanın hərbi qüdrəti sayəsində dəyişən geosiyasi reallıqlarda İran da öz yerini tapmağa çalışır”.

Bunu Bizimyol.info-ya politoloq İlyas Hüseynov bildirib.

İlyas Hüseynov İlyas Hüseynov

Politoloq qeyd edib ki Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən və erməni işğalına son qoyandan sonra Azərbaycan köçkünləri öz yurdlarına qayıtmaq şansı əldə ediblər: “Burada abadlıq-quruculuq işlərində İran yaxından iştirak edə bilər. Türkiyə və İtaliya şirkətləri qurucluq və abadlıq işlərində fəal iştirak etmək niyyətini bildiriblər”.

Politoloq qeyd edib ki 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə dövlət başçılarının ideyası olan “altılıq” platforması gündəmə gətirildi: Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan. Zərif bu platformada adıçəkilən 4 ölkəyə gedir, Türkiyədən başqa.

Azərbaycan bütün tərəflərlə əməkdaşlığın və faydalı iqtisadi mənfəətlərə əsaslanan beynəlxalq münasibətləri qurmağa israrlıdır. Türkiyəsiz heç bir iş birliyi və “altılıq” plarformasının həyata keçirilməyəcəyilə bağlı proqnozlar söyləmək olar. Türkiyəsiz “altılıq” platforma olmayacaq. Təbii ki Azərbaycanın yerləşdiyi regionda Türkiyənin, Rusiyanın və İranın təsirləri çox güclüdür”.

Xatırladaq ki C.Zərifin səfəri ABŞ prezidenti Co Baydenin gəlişindən və İranla nüvə anlaşmasına qayıdacaqlarını açıqlamasından sonra gerçəkləşir. Bayden andiçmə mərasimində İranla dialoqlara hazır olduqlarını, Türkiyəni isə tənqid etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »