Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanvarın 27-nə olan hava proqnozu
hava

Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Yanvarın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »