Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri hesab edir ki, "ucuz ətin şorbası olmaz"
Emin Əmrullayev

Təhsil naziri Emin Əmrullayev mediaya verdiyi müsahibəlrədən biri zamanı belə bir fikir səsləndirib: “Ölkədə təhsil haqqı orta hesabla 2500 manatdır. Regionlarda daha aşağıdır. Onun fikrincə, onu daha aşağı etmək düz olmazdı. Məsələn, 500 manat olsa daha çox insan təhsil ala bilər”.

Nazir qeyd edib ki, onların yaratdığı dəyər elə də yüksək olmur. Təhsil nazirinin bu fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Nazir pandemiya səbəbilə ali məktəblərdə istismar xərclərini azalmasıyla təhsil haqqını aşağı salmaq imkanı barədə sualı cavabsız qoyaraq yüksək ödənişli ali təhsil haqqında danışır. Belə çıxır ki, o ali təhsili elitar etmək istəyir. Bu məntiqlə ancaq pulu olan təhsil almalıdır. Əks halda fəhlə işləyən, küçələri süpürən tapılmaz. Əslində bəlkə də cənab nazirimiz bilmir ki, bizdə fəhlələrin böyük əksəriyyəti elə ali təhsillidir. Bir çox ali təhsil alan mütəxəssislər də süpürgəçidən çox maaş almır. Qonşu ölkələlə müayisədə Azərbaycanda ali təhsil alanların sayı daha azdır. Bu kimi planlama hansı zərurətdən irəli gəlir?

Hazırda bir çox qabaqcıl iqtisadiyyatlarda pulsuz təhsil trendinin olduğu dövrdə Azərbaycan səmərəli pulsuz təhsil sistemi qura bilmədən elit təhsil təbliğatını aparır, hamı üçün keyfiyyətli təhsilə əlçatmazlıq şərtləri yaradır?!

Təhsil haqqı 500 manat da olsa, 5000 manat da olsa, kvotaya uyğun qəbul aparılır. Tələb-təklif məsələsi burada rol oynamır. Ancaq əsas məsələ odur ki, təhsil haqqı həmin tələbəyə çəkilən xərclərə adekvat təyin edilsin. İllərdi buna baxan yoxdur. Bizim ali məktəblərimizdə təhsil alan hansı tələbə laboratoriyada ülmi üş üzərində çalışa bilir, hansı yüksək texnoloji nailiyyətlərdən bəhrələnir? Hansı yataqxanada yaşaya bilir?

Universitetlər publik hüquqi şəxs olduqları halda təhsil haqqlarını dövlət yox, elə universitetlər özləri təyin etməlidirlər. Dövlətin edə biləcəyi yalnız dövlət sifarişli yerlərin sayını müəyyənləşdirmək ola bilər. Oxumaq istəyən adam, buna həvəsi, bacarığı olan şəxs çalışmalıdır ki, dövlət hesabına təhsil ala bilsin. Buna görə səy göstərməlidir. Yoxsa təhsil haqqını aşağı salın deməklə də iş bitmir. Keyfiyyətli təhsil üçün gərək müəllimə də yüksək əməkhaqqı ödənilsin. Əgər müəllimlərin maaşın dövlət verəcəksə onda gərək universitetlər publik hüquqi şəxs olmasınlar. Belə olanda da o universitet nə araşdırma yönümlü iş görə bilir, nə də onun məsuliyyətini hiss edir.

Bir qədər də online təhsil barədə danışaq. Təhsil sistemimizdə bir illik yalançı təhsil dövrü yarandı. Şagirdlərimiz bu dövrdə nə qazandılar nə itirdilər?

Vüsalə Ağabəyli Vüsalə Ağabəyli

Filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli hesab edir ki, təhsilə vurulmuş zərbənin əks-sədası isə hələ uzun illərlə davam edəcək. “Hazırda təşkil olunan təhsil distant təhsil deyil, sadəcə, ənənəvi təhsilin “online” formada tətbiqidir. Necə iddia etmək olar ki, heç bir hüquqi bazası olmayan təhsil növünü təşkil edirik. Distant təhsilin öz planı, öz proqramı, öz müqaviləsi, öz nizamnaməsi olmalı idi. İstər tələbə sayı, istər metodiki vəsaitlər, istər dərs saatı, istərsə də imtahan müddəti – hal-hazırda bunlar hamısı ənənəvi formada təhsil üçün nəzərdə tutulmuş nizamnaməyə əsasən tətbiq olunur. Ən əsası isə Təhsil Nazirliyi distant yolla təhsil alan tələbənin diplomunu tanımır. Buna görə də, tam əmin olun ki, indiki təhsil nə distant təhsildir, nə də normal ənənəvi təhsil. Sadəcə olaraq vəziyyətdən çıxmaq üçün sistemli iş aparmaq, nizamnamə hazırlamaq, faydalı təklifləri dəyərləndirmək əvəzinə, gözdən pərdə asmağın bir yoludur. Yaşlı müəllim” deyib qaralayıb, “cavan müəllim” deyib göylərə qaldırıb, yersiz kateqoriyalara ayırmaqdansa, bacarıqlı və bacarıqsız müəllim deyin. 2020-ci ilin mart ayından 2021-ci ilə qədər həm online dərslər üçün vəsaitlər, həm plan, həm proqram, həm dərs saatı, həm də imtahan təşkili ilə bağlı yeni qaydalar işləyib tətbiq etməliydilər.

Online təhsil növü orta ümumtəhsil məktəblərində tam effektsizdir. İstər şəhər məktəblərində, istərsə də rayon məktəblərində vəziyyət acınacaqlıdır. Doğma Naxşıvan MR-nda tədris prosesi ənənəvi qaydada davam etdi və heç bir fəlakət baş vermədi”.

Fevralın 1-də etibarən dərslərin ənənəvi qaydada davam edəcəyi deyilir.Amma ümid edək ki, daha ənənəvi qaydalarla bir-birimizi yola verib, aldatmayacağıq. Yeni dünyaya güclü qollardan çox, düşünən beyinlər lazımdır.

İlhamə

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »