Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niderlandda etirazlar davam edir
Niderlandda etirazlar davam edir

Niderlandın hüquq mühafizə orqanları koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində komendant saatının tətbiqindən sonra ölkəni bürümüş etiraz aksiyaları zamanı 150 nəfəri saxlayıb.

Bunu Niderland Teleradio Yayım Şirkətinə müsahibə verən ölkə polisinin rəhbəri Villem Vulerners bəyan edib.

“Tərəfimizdən 150 nəfər saxlanılıb. Hazırda Rotterdam və Hertogenbos şəhərlərinə xüsusi təyinatlı qüvvələr göndərilib”, - deyə polis rəisi bildirib.

Niderland polisinin ciddi cəhdlərinə baxmayaraq, etirazlar artıq bir neçə gündür ki, davam edir. Amsterdam, Tilburq, Harlem, Rotterdam kimi şəhərlərdə nümayişçilər mağazaların vitrinlərini sındırır, qarət edir, avtomobilləri yandırırlar.

Son xəbərlər
Bütün xəbərlər »