Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərabərsizlik bir daha ortaya çıxdı: Kasıb ölkələrə peyvənd qalmadı!
Peyvənd - Həkim iynə

Noyabr ayından peyvəndlərin hazır olacağı açıqlansa da, yoxsul ölkələr peyvənd əldə edə bilmədi.

92 orta və aşağı gəlirli ölkəyə tək bir doza belə vaksin verilməyib. Koronavirus epidemiyası başlayandan bəri elm adamları dünyanın hər yerində peyvənd işlərinə başladılar və peyvəndin ilk dəfə tapıldığı xəbəri keçən ilin noyabrında elan edildi. Lakin ölkələr arasında qeyri-kafi iqtisadi bölgü, bərabərsizliyi yenidən ortaya qoydu. Peyvəndin kəşfi ilə koronavirusla mübarizədə nikbin bir mənzərə meydana gəldi, lakin təəssüf ki, yoxsul ölkələr bu addımdan çox uzaqdır. Dünyanın 142 ölkəsində peyvəndlənmə hələ başlamayıb. Afrikanın 53 ölkəsində, Asiya-Sakit okean bölgəsində 47, Orta və Cənubi Amerikada 28, Avropada 14 ölkədəki kliniki sınaqlar xaricində hələ heç kim vaksin olunmayıb.

Bu, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya kimi bəzi inkişaf etmiş ölkələrdə peyvəndlərin təsdiqlənməsi prosedurlarının yarımçıq qalması ilə əlaqəli olsa da, əksər ölkələrdə Covid-19 peyvəndlərinin əlçatmazlığı səbəbindən geniş peyvənd olunmağa imkan vermədi.

Hələ də dünyanın bir çox ölkəsində bir nəfərin belə vaksin olunmaması haqsızlığa işarədir. Yüksək və orta gəlirli ölkələr arasında ikitərəfli razılaşmalar yolu ilə peyvəndlər rezervasiyası bərabər girişin qarşısını alır. İndiyə qədər ABŞ, Kanada, Braziliya, Meksika, Avropa Birliyi (AB) ölkələri, İngiltərə, Rusiya, Hindistan, Pakistan, Özbəkistan, İndoneziya, Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya, Misir, Nepal və s. ölkələr peyvənd istehsalçıları ilə milyonlarla doza aşı almaq üçün əvvəlcədən razılaşmalar aparıblar. Argentina, Venesuela və Boliviya isə geridə qalmamaq üçün, klinik sınaqlar tamamlanmamış Rusiya hökuməti tərəfindən hazırlanmış “Sputnik V” peyvəndi sifariş etməyə başlamışdı.

Bu proseslər səbəbindən dünyada az gəlirli ölkələrin çoxu peyvəndləri əldə edə bilmək üçün 2022-ci ilə qədər gözləməlidirlər. Əksər az gəlirli ölkələrin 2022-ci ilə qədər peyvəndlənə bilməyəcəyini nəzərə alsaq, pandemiyanın sonunun yaxın olduğunu söyləmək mümkün görünmür.

Leyla Mirzə

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
Son xəbərlər
Bütün xəbərlər »