Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Namazov Bayden Admnistrasiyası barədə: Təhlükələrdən özümüzü sığortalamalıyıq
Eldar Namazov Bayden Admnistrasiyası barədə: Təhlükələrdən özümüzü sığortalamalıyıq

Baydenin hakimiyyətə gəlişi ətrafına ermənipərəst komanda toplaması ilə müşaiyət olundu. Hər nə qədər enerji layihələrimizi göz önünə gətirərək Qərbə lazım olduğumuzu desək də , narahatedici suallar da yox deyil. Azərbaycanın sabiq prezident köməkçisi, “Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri Eldar Namazov hesab edir ki, yaxın 1-2 il ərzində Bayden

Admnistarsiyası ilə Azərbaycanı ciddi çətinliklər gözləyir. Eldar Namazov Bizimyol.info-ya verdiyi açıqlamada Azərbaycanı gözləyən risklər barədə danışıb:

Eldar Namazov Eldar Namazov

“Hesab edirəm ki, yaxın 1-2 il ərzində Azərbaycanın Bayden Admnistrasiyası ilə münasibətləri asan olmayacaq. Entoni Blinken ABŞ-ın dövlət katibi vəzifəsinə təyin edildi. Dövlət katibinin köməkçisi Viktoriya Nuland , Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Haspel ABŞ- Ruisya qarşıdırumasının aparıcı fiqurlarıdırlar.

Bayden Admnistrasiyasının ermənipərəst siyasət yeritməsi gözləniləndir. Bayden erməni lobbisini, 907-ci düzəlişi dəstəkləyən konqesmen olub. Konqresin başında duran Pauls erməni lobbisinin ən ciddi adamıdır. Xarici siyasət komitəsinə rəhbərlik edir Menders ən erməniprəst konqresmenlərdən biridir. Vitse- prezident Kamala Harris Kaliforniyadandır, orda yüksəlib, ermənilərin ən güclü təsir dairəsindən olan siyasətçidir. Ona görə biz hazır olmalıyıq. Ən ermənipərəst admnistrasiya ilə üzləşəcəyik. Bizə qarşı, maraqlarımıza qarşı addımlar gözləməlyik. Bayden həm bizə, Həm Türkiyəyə qarşı mütləq şəkildə planlar hazırlamış olacaq. Əvvəlki illərdə Konqresə də, Ağ Evə də bu qədər ermənipərəst qüvvələr rəhbərlik etməyiblər. Konqresdə dinləmələr zamanı Bayden 4 dövlətin adını çəkdi. Rusiyanı bir nömrəli düşmən elan elədi, ondan sonra Çin gəlir. İran. Daha sonra Türkiyənin Cənubi Qafqazda və Aralıq dənizindəki siyasətilə bağlı mesajlar verib, Azərbaycana qarşı da bəyənat verib və bizim müharibəyə başlamağımızı pisləyib, deyib ki, Azərbaycanla təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığa yenidən baxıla bilər, O cümlədən 907-ci düzəlişin təsirini daha da artıracaq. Onun adını çəkdiyi 4 dövlətdən üçü Cənubi Qafqaza qonşu olan ölkələrdir. Rusiya, İran, Türkiyə. Bu o deməkdir ki, biz çox ciddi hazır olamlıyq. Bayden verdiyi vədləri yerinə yetirmək, həm Ermənistanı Rusiyanın təsirindən qurtarmaq üçün addımlar atacaq. Qarabağ məsələsi onlara bəhanə olacaq ki, erməniləri rusların təsirindən tam çıxarsınlar. Biz 1-2 il bu admnistrasiyas ilə çətinlik çəkəcəyik. Onlar ilk növbədə status məsələsini qaldırmağa başlayacaqlar ki, tam həll olunmayıb. Minsk qrupunun rolunu yenidən bərpa etməyə çalışacaqlar.Daha sonra dərin dövlət xətti ilə biz bu problemləri həll etməyi bacaracağıq. Mənə pessimist deyirlər, lakin mən real təhlükələri görüb deyirəm. Dövlət həmişə özü üçün mümkün olan riskləri hesablayaraq strategiya yürüdür. Ən birinci riskləridən özünü, xalqını sığortalayır. Sonra planlamalara gedir. Yaxşı olan onsuz da bizimdir. Bəs əgər pis olarsa onda necə? Biz ən pis, ən çətin, ən riskli momentləri gözardı etməməliyik.

Fransa bu 44 günlük müharibənin sonuna yaxın ( hələ Şuşa alınmamışdı) Qarabağda humanitar fəlakət baş verməsinə dair qətnamə qəbul elətdirmək istəyirdi. Bunun qarşısını Britaniya aldı. Bu qətnaməni onlar hər yerd bizim yolumuza əngəl olaraq qoyacaqdılar. Bunu başqa ölkələrdə tətbiq ediblər.Humaitar intervesiyadan söhbət gedirdi. Burda bizim razılığımız olmadan addım atılacaqdı. Biz hamımız öz maraqlarımızı güdürük. Ona görə təhlükələrdən özümüzü sığortalamalıyıq

Azərbaycanın mövqeyi indi güclüdür. Cənubi Qafqaqzda lider rolundayıq. Transxəzər neft kəməri Azərbaycanın əhəmiyyətini qaldırır. Hesab edirəm ki, bizə qarşı müəyyən hücumları dəf etdikdən sonra masa arxasına oturulacaq və bizim təklif edə biləcəyimiz çoxlu faydalı planlarımız var. Biz yaxşı şeylərə ümid edək, amma bizə qarşı baş verəcək risklərə də hazırlaşaq”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »