Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkumun evindən 6 kiloqramdan artıq heroin aşkarlanıb
Heroin

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və qurumun Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Yardımlı rayon sakini Rüstəm Ağayev Bakı şəhəri Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram narkotik vasitə olan heroin və 105 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

R.Ağayevin həmin narkotik vasitəni “Şəhruz” adlı İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »