Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkel Baydenlə danışdı
Merkel Baydenlə danışdı

Almaniya Kansleri Angela Merkel və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, bu barədə AFR Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kansler Baydeni ABŞ Prezidenti postuna keçməsi münasibətilə təbrik edib, Ağ Ev rəhbəri ilə beynəlxalq məsələlər barədə müzakirə aparıb. Tərəflər"xüsusilə Əfqanıstan və İranla bağlı məsələlərdən danışıb, ticarət və iqlim siyasətini, pandemiya ilə bağlı vəziyyəti müzakirə ediblər". O cümlədən, Merkel Baydenin Ümumdünya Səhiyyə Təşkilatına üzvlüyü bərpa etmək və iqlim üzrə Paris razılaşmasına qayıtmaq qərarını alqışlayıb

Məlumatda o da qeyd olunub ki, Kansler “pandemiya ilə bağlı vəziyyət imkan verən kimi, Prezident Baydeni Almaniyaya səfərə dəvət edib".

Son xəbərlər
Bütün xəbərlər »