Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video

Rusiya prezidenti Vladimir Putin axır ki, blogelider Aleksey Navalnının məşhur filminə reaksiya verdi.

Bizimyol.info xəbər verir ki, Putin deyib: "Orada mənim mülküm olaraq göstərilən heç nə mənə və mənim yaxınlarıma məxsus deyil və heç vaxt da olmayıb". Doğrudur, Rusiya prezidenti blogerin filminə baxmış 86,6 milyondan çox tamaşaçının arasında olmadığını deyir. Sitat: "Bu cür məlumatları izləmək üçün boş vaxtım olmadığına görə bu filmə baxmamışam..." Ancaq köməkçiləri ona videoseçmələr izlətdirib.

Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinin olduğu deyilən saray

Putin Navalnının filminə baxanları, faktik, "bekar, avara adamlar" kimi xarakterizə edib. Rusiya liderinin filmə reaksiyasından onun heç də səmimi olmadığı görünür. O, filmdə adları çəkilən adamların çoxunu tanımadığını desə də, həmin adamlar onun ya ailə dostu, ya keçmiş iş yoldaşı, ya tələbə yoldaşı, ya da sinif yoldaşıdır.

Məsələn, Azərbaycanda hətta bağça uşaqları da bilir ki,  milyarder İlham Rəhimov Putinin dostudur (hər halda özünü belə təqdim edib). Yaxud Sergey Çemezov, Nikolay Tokarev... Putinlə Ştazidə (Şərqi Almaniyanın xüsusi xidmət orqanında) birlikdə işləyiblər. Yaxud İlya Traber. Putinin indi keçmiş həyat yoldaşı Lyüdmila Putina Traberə məxsus olan ofisdə otururmuş. Ola bilsin, Gennadi Petrovun, Pyotr Kolbinin adı insanlara çox şey deməsin. "Qazprom" şefi Aleksey Milleri, "Rosneft"in başçısı İqor Seçini... Putin və bütün dünya tanıyır.

Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021 Rusiyada etirazlar

Ən başlıcası, Putin filmdə göstərilən 1,35 milyard dollar dəyəri olan sarayın kimə məxsus olduğunu bilmirmiş. Ona məxsus deyilsə, bəs kimindir? Kimdir Rusiyada Vladimir Putinin gözündən yayınıb 1,35 milyardlıq saray tikdirən?!

Əgər Navalnı bunu araşdırıbsa, Rusiya prezidentinin daha çox imkanı var ki, o malikanənin sahibinin kimliyini öyrənib açıqlasın. Ancaq o, sadəcə, quru təkziblə kifayətləndi. Necə deyərlər, üzrü günahından betər...

Ancaq filmdə gətirilən faktlar, sənədli materallar təkzibolunmazdır. Bu səbəbdən yanvarın 23-də Moskva və Sankt-Peterburq başda olmaqla Rusiyanın 130 şəhərində kütləvi aksiyalar keçirildi. Həmin aksiyalardakı şüarlardan biri də belə idi: “Putin oğrudur!». Ruslar öz liderini “oğru” adlandırdı.

Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021 Rusiyada etirazlar, Novosibirsk

Ancaq məlum olur ki, oğurluq təkcə Rusiyanın sərhədləri ilə məhdudlaşmır; ötən il noyabrın 10-da Navalnının filminin baş qəhrəmanları Azərbaycanın ərazisinin bir hissəsini “oğurladı” – Dağlıq Qarabağa Rusiya “sülhməramlıları”nın yeridilməsini ancaq belə adlandırmaq olar. Öz xalqının sərvətlərini talayanların bizim Ermənistan üzərində qələbəmizi oğurlamaq istəməsinə niyə təəccüblənək ki?!

Son xəbərlər
Bütün xəbərlər »