Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Baş katibi: “Son 10 ildə təbii fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub”
Antoniu Quterreş

Son 10 ildə təbii fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub.

APA-nın verdiyi xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İqlim Dəyişikliyinə Uyğunlaşma Zirvəsində çıxışında bildirib.

O deyib ki, dünya iqlim dəyişikliyi ilə bağlı misli görünməmiş hadisələrə şahid olur.

“Dünya Meteoroloji Təşkilatının məlumatına görə, son 50 ildə 11 mindən çox təbii fəlakət baş verib ki, bunlar da hava, iqlim dəyişikliyi və su faktorları ilə bağlıdır. Son 10 ildə belə fəlakətlər 410 mindən çox insanın ölümünə səbəb olub. Bu ölüm hallarının əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb”, - deyə Baş katib qeyd edib.

A. Quterreş baş vermiş təbii fəlakətlərlə əlaqədar 3,6 trilyon ABŞ dolları xərcləndiyini vurğulayıb.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »