Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
azərişıq

Yanvarın 25-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə “Azəriqaz” İstehsalat Birliyi arasında strateji əməkdaşlıq üzrə memorandum imzalanıb.

Bizimyol.info xəbər verir ki, ASC-dən  verilən məlumata görə, videoformatda keçirilən tədbirdə memorandumu “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev imzalayıblar. Hər iki qurumun rəhbər şəxsləri imzalanmadan öncə kommunal sektorda əməkdaşlığın zəruriliyinə toxunublar və bu təşəbbüsün də abonent məmnuniyyətinə hesablandığını vurğulayıblar. Bildirilib ki, hər iki qurumun kifayət qədər təcrübəyə sahib mütəxəssisləri var. Onlar kommunal sektorda ortaya çıxa biləcək problemləri əvvəlcədən proqnozlaşdırmaqla, müvafiq tədbirlərin görülməsi istiqamətində birgə səy göstərə bilərlər. Beləliklə, qarşılıqlı fikir və informasiya mübadiləsi gələcək fəaliyyət üçün çox faydalı ola bilər.

Qeyd edək ki, strateji əməkdaşlıq üzrə memorandum gələcəkdə vahid mənbədən idarə edilməklə vahid kommunal idarəetmə funksiyalarının formalaşdırılması, şəbəkəyə qoşulmanın əlçatanlığı və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tutur. Bundan başqa Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə daha operativ yanaşmanın təmin edilməsi istiqamətində də birgə fəaliyyət planının işlənilməsi nəzərdə tutulur.

Paylaş »
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Vaksin varsa, sərt karantin niyə var?
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »