Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ursula von der Leyen: “Koronavirusun yeni variantları bizi çətin qərarlar verməyə məcbur edir”
Ursula von der Leyen

“Avropada koronavirusun yeni variantları bizi çətin, lakin vacib qərarlar verməyə məcbur edir”.

Bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib.

“Biz təhlükəsizliyi təmin etməli və vacib olmayan səyahətlərdən çəkinməliyik. Bu gün Aİ-də səyahətlə bağlı yeni tədbirlər təklif edirik. 27 ölkə olaraq bu məsələdə koordinasiyanı davam etdirəcəyik. Bu, məqsədə müvəffəq olmağın yeganə yoludur”, - deyə Ursula von der Leyen bildirib.

O vurğulayıb ki, sərhədlər bağlanmamalı və vahid bazarın fəaliyyəti təmin olunmalıdır.

Avropa Komissiyasının prezidentinin sözlərinə görə, Aİ-yə daxil olan beynəlxalq səyahətçilər üçün daha güclü tələblər irəli sürülür ki, buraya analizlərin verilməsi, karantinə alınma və s. daxildir: “Biz virusun variantlarının yayılmasını dayandırmalı və hamımızın təhlükəsizliyini təmin etməliyik. Birlikdə bu pandemiyanın öhdəsindən gələcəyik”.(apa)

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »