Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq

Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrinin müdafiəsi ilə bağlı mütəmadi təlimlər keçirirlər.

Qeyd olunub ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin müşahidə məntəqələrinin hərbçilərinin atıcı silahlardan və qəlpələrdən qorunması üçün yoxlama məntəqələri blokpostlarla təchiz olunub.

Bu məsələ sosial mediada müzakirələrə səbəb olub. Azərbaycan ictimaiyyəti Rus sülhməramlılarının Qarabağda antiterror təlimi keçirməsi səlahiyyətini ona kim verdiyini sual edir.

Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Belə ki, Azərbaycan ictimaiyyəti 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.

Müharibədən sonra Qarabağa gələn Rusiya sülhməramlılarının gündə bir xəritə cızaraq dövriyyəyə buraxması, erməniləri Qarabağa daşıması, Ermənistan rəsmilərinin Qarabağ səfərini şərait yaratması kimi yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır.

Məhəmməd Əsədulzadə Məhəmməd Əsədulzadə

Politoloq Məhəmməd Əsədulzadə Bizimyol.info-ya açıqlamasında sülhməramlıları tərəfinən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir.

“Rusiya sülhməramlılarının Azərbaycan ərazisi Qarabağda antiterror təlimləri keçirməsi qanunsuzdür. İlk növbədə sülhməramli qüvvələrin belə bir təlim keçirməsi sual doğrur. Qeyd edim ki, bu kimi təlimlər sülhməramlı missiyanın vəzifə və funksiyaları ilə uyğun gəlmir”,-deyə M.Əsədulzadə bildirib.

Politoloq qeyd edib ki, Rusiya sülhməramlılarının Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan təlimlər keçirməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub: “Hazırda Qarabağda üçtərəfli bəyannaməyə zidd olaraq silhahlı, qanunsuz erməni silahlı birləşmələri fəaliyyət göstərir. Burada onların əsas planı Azərbaycana qarşı terror və təxribat həyata keçirməkdir. Son Hadrut terror təxribatları buna sübutdur. Və bu təxribatlarda Azərbaycan əsir götürülən silhahlı erməniləri haqlı olaraq terrorçu kimi mühakimə edir. Bu, beynəlxalq hüquq çərçivəsinə uyğundur.

Rusiya antiterror təlimlərdə maraqlıdırsa, ilk növbədə burada silahlı erməni birləşmələrinə qarşı və onların buradan çıxarılması üçün antiterror təlimi keçirilməlidir. Əgər silahlı erməni birləşmələrini çıxarsalar regionda sülhün və təhlükəsizliyin təminatı kimi çıxış edə bilərdilər. Bununla da Azərbaycan ictimaiyyətinin dəstəyini alardılar. Amma, Rusiya tərəfi vəziyyəti mürəkkəbləşdirir, sülhməramlı kimi deyil, birtərəfli olaraq ermənilərin müdafiəsini həyata keçirir. “Antiterror" adı ilə keçirilən təlimlərin əsas məqsədi burdakı hərbi kontingentin döyüş hazırlığını inkişaf etdirməkdir.

Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə birgə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı bir razılaşmaya gələcək. Və yeni bir sənəd imzalanacaq. Bundan sonra oradakı fəaliyyətləri Azərbaycanla koordinasiya ediləcək. Bu, artıq Dağlıq Qarabağda ermənilerin yaşadığı ərazilərdə Azərbaycanın rolunu artırmış olacaq”.

Son xəbərlər
Bütün xəbərlər »