Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
David Tonoyan və Sergey Şoyqu

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sensasiyalı açıqlamalar verib. Onun yerli mediaya müsahibəsində 44 günlük müharibədə Ermənistanın məğlubiyyıtinin səbəbləri ilə bağlı xeyli maraqlı və mühüm etiraflar da var.

David Tonioyan deyir ki, o özü və Baş Qərargah rəisi Onik Qasparyan müharibənin Azərbaycana uduzulacağını əvvəlcədən görə biliblər.

Bizimyol.info xəbər verir ki, Tonoyanın sözlərinə görə, Baş Qərargah rəisi Qasparyan Təhlükəsizlik Şurasının iclasında müharibəni dayandırmağı təklif edib. Bu, Tonoyanla da razılaşdırılmış təklif olub.

Çox maraqlıdır ki, hələ müharibənin 4-cü günündə Ermənistanın hərbi rəhbərliyi hərbi əməliyyatların dayandırılmasını istəyib. Tonoyan bunu Azərbaycan Prezidentinin, siyasi elitasının gözlənilməz reaksiyası və Türkiyənin Azərbaycana dəstəyi ilə izah edib.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Savaşın lap əvvəlində Ermənistan tərəfinin döyüşlərin dayandırılmasına nail olmaq istəyi Azərbaycanın tətbiq etdiyi hərbi strategiya və taktika qarşısında, Azərbaycan ordusunun döyüş hazırlığı qarşısında çarəsizliyi ola bilərdi. Azərbaycanın tətbiq etdiyi “intellektual müharibə” qarşısında Ermənistan köhnə nəsil silahlarla dayana bilməzdi. Elə də oldu.

Ancaq o, bir mühüm etirafda da bulunub. Etirafın birinci hissəsində deyir ki, müharibə zamanı onu hərbi əməliyyatların hazırlanmasından və aparılmasından kənarlaşdırıblar, ümumi komandanlıq Baş Komandan kimi baş nazirə, operativ komandanlıq isə Baş Qərargah rəisinə məxsus olub. Bununla Tonoyan özünü məğlubiyyətə görə məsuliyyətdən kənar tutmağa çalışsa da, Ermənistan rəhbərliyində baş nazirlə ordu rəhbərliyi arasında “şaquli koordinasiya” qurula bilmədiyini deyir.

Belə anlaşılır ki, ordu komandanları arasında baş nazirin əmrinə tabe olmayanlar da olub. Tonoyan özünü nə qədər kənara çəkməyə çalışsa da, bu koordinasiyasızlıq məğlubiyyətin əsas səbəblərindən biri olub. O zaman sual çıxır: müdafiə naziri prosesə rəhbərlik etməyibsə, ordu komandanlığı da baş komandanın əmrlərinə heç də həmişə tabe olmayıbsa, onda bu Ermənistan ordusu kimə tabe olub və əmrləri kimdən alıb?!

Bu sualın cavabı müəyyən mənada David Tonoyanın etirafının növbəti hissəsində var: keçmiş nazir deyib ki, Ermənistanın müdafiə naziri olaraq Rusiya müdafiə naziri Sergey Şoyqu ilə hər gün, hətta bəzi günlərdə bir neçə dəfə telefonla danışıb. Buradan da aydın olur ki, əvvəla, Tonoyan müdafiə naziri olduğu halda hərbi əməliyyatların gedişinə rəhbərlikdən kənarda qaldığını yalandan deyir. Çünki müdafiə naziri hökumətin üzvü olaraq Baş Qərargah rəisindən daha üstün mövqedədir və proseslərə təsir imkanları olub. Əgər hərbi kampaniyanın hazırlanmasına və gedişinə heç bir təsiri olmayıbsa, Rusiyanın müdafiə naziri “bəzən gün ərzində bir neçə dəfə” Tonoyanla niyə telefonla danışıb? Əlində səlahiyyəti olmayan adamla Rusiya niyə danışsın ki?

Hakimiyyətə gələndən “Yeni müharibə-yeni ərazilər” deyə avantüra  quran, Azərbaycanın Qarabağdan çox uzaqda yerləşən şəhərlərinin “ələ keçirilməsi” üçün təlimlərə komandanlıq edən elə həmin Tonoyan deyildimi?! Bu açıqlamalardan belə çıxır ki, Ermənistanın keçmiş və indiki hərbi və siyasi rəhbərləri elə özləri öz üzərlərində “mini Nürnberq prosesi” qurublar. Tonoyan da dolayısı ilə deyir ki, o, əmrləri Sergey Şoyqudan alıb.

Eyham vurur ki, əgər ona qarşı hansısa addım atılsa, bu, Rusiyaya qarşı atılmış olacaq. Və nəhayət, o deyir ki, 44 günlük müharibə dövründə Rusiya Ermənistana kifayət qədər kömək edib. “Müəyyən mülahizələrdən hər şeyi açıqlamayacam” deyir. Yəni bu da həm Rusiyanın, həm Ermənistanın rəhbərliklərinə mənə toxunulsa, çox sirlər açılar mesajıdır.

Ən başlıcası isə, David Tonoyan dolayısı ilə etiraf edib ki, əslində Azərbaycan təkcə Ermənistana qarşı döyüşməyib...

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »