Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq
İlham Əliyev

Biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var".

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »