Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN başçısı: “Fərman İsmayılovun cənazəsi Qabona gətirilib”
Mövlud Çavuşoğlu

Yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Qabona gətirilib.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, F. İsmayılovun cənazəsi helikopterlə Qabonun paytaxtı Librevil şəhərinə gətirilib.

XİN başçısı qeyd edib ki, F. İsmayılovun cənazəsi sabah Librevildən Türk Hava Yollarına məxsus təyyarə ilə Türkiyəyə, Türkiyə üzərindən isə Azərbaycana çatdırılacaq.

M. Çavuşoğlu onu da qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanla təmaslar davam edir.(apa)

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
››› Martın 9-na olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »