Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azad edilən torpaqlar necə məskunlaşacaq: Əkin sahələrini yenə də məmurlar ələ keçirəcəkmi...
Kəlbəcər rayonunun Comərd kəndi

Yayılan məlumatlara görə, ərazilərin bərpası proqramında məcburi köçkünlərin əvvəllər yaşadığı ata-baba yurdunda deyil, yeni salınacaq şəhərciklər, qəsəbələrdə məskunlaşması nəzərdə tutulub. Deyirlər ki, işğaldan azad edilmiş ərazilərdə xırda kəndlər birləşdiriləcək, bəziləri ləğv olunacaq. Bu təklifi müstəqil ekspertlər vermişdi ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun olaraq kompakt yaşayış məskənləri salınsın. Belə olarsa torpaqlara da qənaət edilmiş olar, o ərazilərdə əkin-biçin, heyvandarlıq üçün daha geniş imkanlar yaranar.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, bu təklifi ilk dəfə o səsləndirib və deyəsən, təklif yüksək dairələr tərəfindən nəzərə alınıb.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Bu təklif üzərindən tikinti işləri aparılarsa büdcəyə böyük qənaət etmiş olarıq. Bütün dünya ölkələri kimi korinovirus pandemiyası bizim iqtisadiyyatımızada mənfi təsir göstərdi. Həmcinin 44 günlük əməliyyatlar yüz milyonlar hesabına başa gəldi. Bu gün həmin xırda kəndləri birləşdirməklə biz həm büdcəyə qənaət etmiş olarıq, həmdə insanlarda həmin ərazilərə getməyə maraq artar. Təsəvvür edin ucqar dag kəndləri və hər kəntdə 30 - 40 ailə yaşayırdı. Həmin kəndləri bərpa etmək ücün yenidən yollar cəkilməli, qaz su işıq və digər kommunikasiya xətləri cəkilməli, hər kənddə orta məktəb və kicik də olsa, tibb məntəqəsi tikilməlidir. O məktəblərə müəllimlər cəlb olunmalıdır. Və sonda o cəkilən xərclərin böyük əksəriyyəti boşa getmiş olma ehtimalı daha böyükdür. Cünki insanlar əhalinin daha sıx yaşadıgı ərazilərə məskunlaşmagı üstün tuturlar.

Əhali sayı cox olan yerlərdə həm iş yerləri cox olur həmdə istənilən kicik biznes sahəsini inkişaf etdirmək mümkündür. Digər kəndlər də bizimdir. Zamanla insan sayı artarsa, yeni yaşayış sahələrinə ehtiyac duyularsa o kəndləri yenidən bərpa etmək olar”,- deyə ekspert bildirir.

Qeyd edək ki, bu məqam ata- baba yurdları işğaldan azad edilmiş insanlar tərəfindən birmənalı qarşılanmayıb. Onları narahat edən geri döndükdən sonra əvvəlki yaşayışlarının bərpa olunmayacağı ilə bağlı yayılan xəbərlərdir.

Üstəlik bir çox ekpertlər hesab edirlər ki, kompakt kəndlərin salınması bəzi oliqarxlara boş qalan torpaq sahələrini mənimsəməyə imkan yaradacaq. Ona görə, azad edilmiş torpaqlara o torpaqların həqiqi sahiblərinin qayıtmasında maraqlı deyillər.

Məcburi köçüknlər onsuz da məskunlaşdıqları ərazilərdə 30 il ərzində özlərinə yurd-yuva salıblar. Evləri var. Geri qayıtmaq istəmirsə, məcbur etmək lazım deyil. Boş qalan məhsuldar torpaqlarda isə imkanlı şəxslər böyük işlər görə bilərlər. Ya dəyərindən çox aşağı qiymətə satın alacaqlar, ya da icarəyə götürəcəklər. Bu sahələr turizm sektorunda, heyvandarlıqda, otlaq yerləri kimi, ya da məhsuldar əkin sahələri kimi istifadə oluna bilər.”

Bəs torpaqların həqiqi sahibləri bu barədə nə düşünürlər. Sosial şəbəkələr üzərində apardığımız sorğunun nəticələri:

Bayram İsmayılov (Zəngilan): Kimlərsə işğaldan azad edilmiş ərazilərdə "qaz vurub, qazan doldurmaq" fikrinə düşməsin. Hökumət məcburi köçkünlərin dədə-baba yurdlarında hansı şərtlərlə və necə məskunlaşacağı barədə əvvəlcədən məlumat versin,şərti şumda kəsək ki, xırmanda dava eləməyək.

Tahir Hüseyinov (Füzuli): Hökumətin Cocuq Mercanli numunesi var. Kənardan çox gözəl, səliqəli görünsə də, kəndçiyə ilk növbədə torpaq lazımdır. Kəndlinin fərdi təsərrufatı ucun 25-30 sot həyətyanı sahəsi olmalıdır. Yoxdursa, kəndli nə ilə dolanacaq? Normal bir fermer təsərrüfatı qurmaq üçün 20-30 hektar torpaq lazimdır.

Talıb Cəbiyev (Cəbrayıl): O həyatı yaşamayan adam dərk edə bilməz ki, doğma yurdundan didərgin düşmək nə deməkdir. Təbii ki, Azərbaycanın hər qarışı mənim ücün vətəndir, hətta bu gün işğalda olan İrəvanı, Təbrizi də Bakım qədər sevirəm. Amma mənim üçün ən doğması doğulduğum kasıb, uçuq, sökük, bu gün ancaq xarabaxanalığa bənzəyən, mənim üçün isə bu görkəmi ilə dünyanın cənnəti olan doğma kəndimdir! Əgər mənim o kəndə qayıtmağıma kimsə mane olursa, bu mənə görə işğalın davam etməsi deməkdir. Yolları, elektrik və qaz təchizatını təmin etsinlər, yaşamaq üçün öz komamı özüm tikərəm, buna görə dövlətdən dəstək də istəmirəm. Amma o kənddə yaşamaq hüququm olmasa, bir daha başqa formada "didərgin" həyatı yaşamağa hazır deyiləm!

Şirvan Şirvanov: Biz öz dədə-baba torpaqlarimiza qayıtmaq üçün, bu günləri gözləyirdik, 28 il keçsə də, gec də olsa, bu günümüzə çox şükürlər olsun, Allah şəhidlərimizə rəhmət, əsgərlərimizə, zabitlərimizə, xalqımıza kömək olsun. Öz torpaqlarımizda öz dədə-baba bünövrəsinin üstündə tikiləsi evlərimizi istəyirik.

Qəsəmov Bəkir: Dağıdılmış hərbir mülkün yeri məlumdur. İstər köçkün, istərsə istərsə də köçkün olmayan hər kəsin hüquqları bərpa edilməlidir. Bərpa işləri ictimai nəzarətlə həyata keçrilməlidir. Talançılara tapşırılacaq işlərin faydası olmayacaq. Adət-ənənə, yaxınlıq-qohumluq əlaqələri qırılmadan bərpa tələb edənlərin yanındayam.

Elşad Cəfərli: Onsuz da bu illər ərzində qaçqınların ailə tərkibi dəyişib-artıb. Özünə ev tikdirən şəxs evi hazır olduqdan sonra ora yerləşir, dövlət verən evdə isə oğlu və ya qızı ailəsi ilə qalar. Dövlət verən evdə qalası ailə üzvü olmasa, evi dövlətə geri qaytarar. Bu yolla ordakı kəndlərimizi yenidən canlandıra bilərik. Hər şeyi dövlətdən gözləmək düzgün deyil. Hər bir qaçqının öz dədə-baba torpağına qayıtmaq haqqı özündə saxlanılmalıdır. Bu gün özü ev tikmək imkanında olmayan vətəndaş 5 ildən sonra bunu etmək istədikdə ona maneə yaradılmamalıdır . Bu işi uzun müddətli güzəştli kreditlərlə daha da sürətləndirmək olar. Dövlət evi tikməklə bir neçə qəsəbə salmaq olar. Ancaq 30-40 kəndi məskunlaşdırmaq olmaz. Azad olunmuş ərazilərimizin əvvəlki qədər olmasada maksimum məskunlaşmasını arzulayıram.

Fikirlər çoxdur. Yəqin ki, dədə- baba yurduna ilk böyük köç qayıdana qədər də bu müzakirələr davam edəcək. Amma bilinən bir həqiqət var. Uzun illər korrupsioner məmurlar müxtəlif rayonlarda yüz hektarlarla əraziləri zəbt edib çay və kanalları yalnız öz zəmilərinə axıtmaqla xırda təsərrüfatlara külli ziyan vurdular. Qarabağın məhsuladar torpaqlarına da göz dikilməsi istisna deyil. Ümid edək ki, şəhid və qazilərimizin qanları ilə müqəddəsləşmiş o torpaqlar bir ovuc oliqarxın əlinə keçib, Xəzərimiz kimi özəlləşdirilməyəcək, “ hasarlanmayacaq” . Əks halda düşməndən alıb, zülmkara verəcəyik. İsinməyəcəyik istisinə, kor olacağıq, tüstüsünə.

İlhamə

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› Martın 9-na olan hava proqnozu
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
Son xəbərlər
Bütün xəbərlər »