Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qərb medialarının hamısında anti-Putin imici çoxlu sayda tirajlanır”
Moskva aksiya

“Ölkələrdə hər hansı bir hakimiyyət əleyhinə mitinqlər baş verirsə, bu demokratiya nümunəsi deyil. Birinci növbədə bu cür proseslərin səbələrinə baxmaq lazımdır.”

Bunu Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib. Onun sözlərinə görə, Rusiyada baş verənlər Navalni ətrafında yaşanan dalğalardır və onu göstərir ki, bu bütövlükdə stuativ xarakter daşıyır.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Burada faktiki olaraq xalqın psixologiyası sırf Rusiyaya məxsus psixalogiyadır. Biz bu proseslərdə Putin yaxud da hansısa ideologiya əleyhinə çağırışlar görmürük. Bütövlükdə mitinqlərə yaşlı nəsil və orta yaşlı nəsil qatılmır. Bu onun göstəricisidir ki, əslində qlobal aləmdə “Z nəsli” deyilən bir nəsil var. Bu yüksək texnalogiyalarla idarə olunur. Bu gün Rusiyada da onlar meydandadır. Faktiki olaraq Qərbdən maliyyələşən, idarə olunan şəxslər siyasi görüşlərin texnoloji vasitələrlə dövlət daxilinə adaptasiya edilməsi və ümumiyyətlə hakimiyyətlərin çevrilişi ilə nəticələnən prosesləri idarə edir.

Baxın həmin o “Z” nəslinin insan haqları və demokratiya ilə əlaqədar çıxışları olsa da, bütövlükdə etirazçıların məqsədi əmək haqları və bahalaşma ilə əlaqədardır. Rusiyada məsələ ondan ibarətdir ki, Putin və bütövlükdə Rusiya hakimiyyəti sovet dövründən bu günə etibarən bir çox ərzaq məhsullarının, o cümlədən də gündəlik tələbat məhsullarının qiymətini dövlət özü idarə edə bilirdi. Bir növ iqtisadiyyat dövlətin himayəsində olduğundan bütün bu məsələləri sırf olaraq dövlət siyasətinə nəzarət ilə idarə etmək mümkündür”.

Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021

Mən düşünürəm ki, bu baş verənlər Navalni ətrafında yaşanan dağalardır və onu göstərir ki, bu bütövlükdə stuativ xarakter daşıyır. Bu gün bunlar Navalni ilə bağlı epizodik olaraq baş verir, lakin Rusiya ilə bağlı Qərb mediaların hamısında anti-Putin imici çoxlu sayda tirajlanır. Necə ki, 1917-ci ildə Çar əleyhinə inqilab baş verdi və onu edan etdilər onun oxşarını yaradacaq informasiya tirajlanmasını həyata keçirirlər. Bunlar hamısı göstərir ki, bu yalnız informasiya savaşıdır və Rusiyada baş verənlər bir müddət sonra başa çatacaq, xautik şəkildə həmin etirazlar da öz qiymətini almış olacaq.

Əziz Əlibəylinin sözlərinə görə, Navalninin hakimiyyətə gəlmək ehtimalı ümumiyyətlə yoxdur, çünki Putin hakimiyyəti çox güclüdür və retinqi çox yüksəkdir.

“Rusiyada hakimiyyət xalqın özünün düşüncələri əsasında formalaşmış hakimiyyətdir və bu rusçuluq ideologiyasına söykənir.

Azərbaycan-Rusiya münsibətlərinə gəldikdə isə düşünmürəm ki, hansısa problem yaransın. Bu proseslər bütövlükdə Rusiyanın özü üçün heç bir problem yaratmayacaq. Bu gün Rusiyada yaşananlar da Rusiyanın spesifik məsələsi deyil. Pandemiyadan sonra bütün dünya ölkələrində aşağı-yuxarı eyni proseslərin şahidi olacağıq. Şüphəsiz ki, hakimiyyətləri möhkəm olan, prezident respublikasına malik olan ölkələr daha stabildir və onlarda hakimiyyətin idarə edilməsi daha sərt əldə qərarlaşdığından bu formada hakimiyyətlərin dəyişdirilməsi, ölkənin qeyri-sabit siyasi mühitə yuvarlanması mümkün deyil”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »