Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan xalqı Pakistanın bu dəstəyini yüksək qiymətləndirdi...”
“Azərbaycan xalqı Pakistanın bu dəstəyini yüksək qiymətləndirdi...”

Türkiyə və Pakistan Azərbaycanı Qarabağ müharibəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında dəstəklədilər.

Virtualaz.org xəbər verir ki, Pakistanın xarici işlər naziri Məktum Şah Mahmud Qureyşi ötən gün İslamabadda jurnalistlərin suallarına cavab olaraq belə deyib. Nazir bildirib: “Azərbaycan xalqı Pakistanın bu dəstəyini yüksək qiymətləndirdi”.

Mahmud Qureyşi Pakistanın hansısa qardaş ölkənin maraqlarına zidd hansısa razılaşmalara getdiyini qətiyyətlə rədd edib.

Xatırladaq ki, 44 günlük Qarabağ müharibəsində Türkiyə ilə yanaşı Pakistan da Azərbaycana siyasi, diplomatik və mənəvi dəstək verib. Bu dəstəyi həm Pakistan dövləti və hökuməti, həm xalqı göstərib. Azərbaycan xalqı isə minnətdarlıq əlaməti olaraq öz evlərindən, iş yerlərindən, avtomobillərindən Pakistan bayraqlarını da asıblar. Bu bayraqlar hələ də Bakı küçələrində görünməkdədir.

Son xəbərlər
Bütün xəbərlər »