Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəz rəisi: “Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 3503 müraciətə baxılıb”
Mərkəz rəisi: “Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 3503 müraciətə baxılıb”

“2020-ci il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı 3503 müraciətə baxılıb. Müraciətlərin sayı əvvəlki illə müqayisədə 6% çox olub. Müraciətlərdə qaldırılan məsələlərin həllinə diqqətin artırılması nəticəsində təmin edilmiş müraciətlərin sayı 17% artıb. Müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 328, ötən ildən 45% çox bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilib”.

Bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bildirib.

Onun sözlərinə görə, il ərzində nazirlik tərəfindən verilmiş ümumilikdə 3267 təklifdən 15-i bələdiyyələr tərəfindən təmin edilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq nazirlik tərəfindən məhkəmələrdə 15 iddia qaldırılıb, onlardan 2-si məhkəmə tərəfindən təmin edilib, 13-ü isə məhkəmələrin icraatındadır: “Həyata keçirilən inzibati nəzarət tədbirlərinin (təklif və ya iddia ərizələrinin təmini) nəticəsi olaraq bütövlükdə 8.217 ha, əvvəlki ilə nisbətən 17% çox torpaq sahəsinin, o cümlədən qanunsuz ayrılmış ümumi istifadə üçün nəzərdə tutulmuş 3.417 ha örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bundan əlavə 2261 ha torpaq sahəsi ilə bağlı mübahisələr hazırda nazirliyin iddiaları əsasında məhkəmələrin icraatındadır. Ümumi istifadə üçün nəzərdə tutulmuş örüş sahələri ilə bağlı çox saylı şikayətlərin o cümlədən kollektiv şikayətlərin olduğu nəzərə alınaraq onların istifadə vəziyyəti barədə sorğular göndərilib. Nəticələri üzrə qanunamüvafiq tədbirlərin görülməsi davam etdiriləcək”.(apa)

Son xəbərlər
Bütün xəbərlər »