Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəxanaya yerləşdirilən xalq artistinin durumu ilə bağlı açıqlama
Eldar Quliyev

İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilən xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin səhjətində irəliləyişlər var.

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

O bildirib ki, həkimlər xalq artistini ağır durumdan çıxarmaq üçün əllərindən gələni edirlər: "Eldar müəllimin yanaşı xəstəlikləri də olduğu üçün bir neçə istiqamətdə həkimlər tərəfindən müayinə və müalicələr aparılır. Hazırda qismən danışa bilir, huşu aydındır. Amma əvvəl insanları tanımaqda çətinlik çəkirdi".

Ə.Vəliyev xalq artistinin Prezident İlham Əliyevin ona ünvanladığı təbrikdən xəbərdar olduğunu və təşəkkür etdiyini bildirib: "Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova xalq artisti Eldar Quliyevlə telefonla danışıb və Prezident İlham Əliyevin təbrikini çatdırıb".

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i, 80 illik yubleyi günü infarkt keçirərək xətəxanaya yerləşdirilib.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »