Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksinlərdən qorxmağa dəyərmi...
Peyvənd - Həkim iynə

Artıq 1 ildir ki, koronavirus pandemiyası bütün dünyanı cənginə alıb. Bu bir il müddətində dünya vaksinin istehsal ediləcəyi günü gözləyirdi və nəhayət bir neçə ölkə tərəfindən müxtəlif vaksinlər hazırlandı. Dünyanın bir çox ölkələrində artıq peyvəndlənmə işləri başlayıb və həmin peyvəndlər ölkəsinin istehsalına görə fərqlərnir. Məsələn, Türkiyə həm Alman, həm də Çin istehsalı, Pakistan yalnız Çin istehsalı olan peyvəndlərdən sifariş verib.

Bu peyvəndlərin hansı ölkədə istehsal olunmasından asılı olmayaraq, hər biri xüsusi yoxlanışlardan keçərək təsdiqlənmiş vaksinlərdir.

Bizimyol.info-ya açıqlaması zamanı tanınmış həkim, hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova bildirib ki, Koronavirus üçün 200-dən çox vaksin inkişaf etdirilməyə başlamışdı, amma bu vaksinlərdən cəmi 4-5-i 3-cü fazaya gəlib çıxa bildi.

Turanə Rəsulova Turanə Rəsulova

“1, 2, 3 faza çalışmaları artıq insan qrupları üzərində aparılır. Əvvəl onlu saylarda, sonra yüzlü, sonra isə minlərlə sağlam insanlara vurulur, nəticələr müşahidə və analiz edilir. Kütləvi istifadəsinə başlamazdan əvvəl vaksin detallı araşdırmalardan keçir, statistik və laborator analizlər aparılır. Bu proseslərin nəticəsində etik və faydalı olduğu qəbul olunduqdan sonra lisenziya verilir. Faza çalışmaları davam etdiyi müddətdə bu prosesdə iştirak edən hər hansısa bir şəxsdə problemlə qarşılaşdıqda dərhal bütün ölkələrdə iş dayandırılır və araşdırılır”.

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı vaksinləri istifadə etməkdən çəkinən insanlara müraciət edərək bildirib ki, istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol vaksindir:

"Bizim hər birimiz uşaq olarkən qızılca, difteriya və s. xəstəliklərə görə peyvənd edilmişik. Qızılca əleyhinə vaksinlərin tərkibində zəiflədilmiş qızılca virusları var. Vərəm əleyhinə vaksinlər bizə hələ doğum evində ikən - həyatımızın birinci həftəsində vurulur. COVİD-19-a qarşı olan vaksinlərin tərkibində isə öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var".

Akif Qurbanov qeyd edib ki, bu vaksinlərin heç biri orqanizmdə virusa bərabər olmur. Sadəcə olaraq, vaksin vurulduqdan sonra virusa qarşı qoruyucu müdafiə immuniteti - antitel və ya anticisimlər yaranır. Bu anittellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirir və insanları virusdan qoruyur.

Həkimlərin, elm adamlarının bu açıqlamalarına baxmayaraq cəmiyyət arasında süni panika yaradan insanlar var. Hansı ki, koronavirus yeni yayılan zaman buna da inanmır və şüpə ilə yanaşırdılar. Həmin inamsızlıq nəticəsində virus daha da yayıldı və çıxılmaz hala saldı dünyanı.

Həkim-farmakoloq M.Hüseynov peyvəndlənmə ilə bağlı cəmiyyətdə yaradılan təlaşa münasibət bildirib: “Bir zamanlar “koronovirus yoxdur”, “bu, qlobal güclərin oyunudur” deyənlərin hüquqi və tibbi əsası olmadığı kimi indi də peyvəndlənmədən imtina edənlərin əsası yoxdur.

İstənilən dərmanda və vaksində 100 faiz effekt yoxdur və heç vaxt da olmayıb. Vaksinin 90 faizdən çox müsbət təsiri olur. Odur ki vaksinin vurulduğu hər 1000 adamda 100-də ya vaksin effektiv olmayacaq, ya da müxtəlif allergiya halları olacaq”.

Jurnalistlərə açıqlaması zamanı Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, “Sinovac" şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək.

Bunun ardınca artıq yanvarın 18-dən Azərbaycanda da koronavirus (COVİD-19) pandemiyasına qarşı peyvəndləmə aksiyasına başlanıb. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçilərinə vaksin vurulub. Fevralın 1-dən isə 65 yaşdan yuxarı əhalinin peyvəndlənməsinə start veriləcək.

Peyvənd olunmuş həkimlər isə insanları tərəddüd etmədən vaksin vurdurmağa çağırmaqdadırlar. Bəs vaksin vurduran həkimlər özlərini necə hiss edirlər, orqanizmlərində hər hansı dəyişiklik sezirlərmi?

Tibb elmlər doktoru, professor Adil Qeybulla peyvənd olunduqdan sonra bildirib ki, mən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksaiyasına qarşı Çin Xalq Respublikasından alınan "Sinovac" vaksininin 1-ci dozasını vurdurdum.

“Artıq peyvənd olunmağımdan xeyli vaxt ötür. İnanın, iynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur.

Anestezioloq-reanimatoloq Şahin Məmmədov isə aıqlaması zamanı bildirib ki, hələ də bəziləri inanmır ki şprisdəki vaksin idi.

“Zarafatla deyirlər ki, yəqin vitamin vurdurmusan. Mən də eyni tərzdə acvab verirəm: Heç mən sizə yalan deyərəm? Hippokratın goruna and olsun ki, şrisdəki vaksin idi. İndi inandız?

Bu günə qədər yüzlərlə koronaviruslu xəstə ilə işlədim, amma özümü qorumağı bacardım və vaksinasiya prosesinə sağ-salamat gəlib çata bildim”,-deyə bildirib.

Azərbaycanda peyvənd olunmaq könüllüdür. Özümüzü və ətrafımızı qorumaq, dünyanı bu bəladan xilas etmək üçün hər birimiz öz üzərimizə düşəni etməliyik. Əsassız şəiyələrə, şüpələrə icazə verməməliyik ki, bizə qalib gəlsin.

Leyla Mirzə

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› Martın 9-na olan hava proqnozu
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
Son xəbərlər
Bütün xəbərlər »