Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video

Şirvan rayon Mərkəzi Xəstəxanasının həkimləri xəstəxananın direktoru İlham Mustafayev və baş mühasib İham İsmayılovdan şikayətçidirlər.

Həkimlər qeyd edirlər ki, İlham Mustafayev 2 aydır xəstəxanaya təyin olunub və gələndən az müddət sonra elan edib ki, dövlət başçısının fərmanı ilə pandemiya dövründə koronavirisa mübarizə aparmalı olan tibb işçilərinə, xüsusən təcili tibbi yardım personalına verilməli olan 4 qat əmək haqqını kəsilir. İşçilər noyabr ayından bəri vəd edilən, daha doğrusu qanunla onlara verilməli olan maaşı ala bilmirlər. Buna səbəb olaraq baş həkim öncə deyib ki, xəstəxananın ondan öncəki rəhbərliyi yeyintiyə yol verib deyə, bütün xərcləri ört- basdır etmək üçün həkimlərə veriləcək əlavə maaş aradan qaldırılmalıdır.

Bu ağlasığımaz hərəkəti də əsaslandırmaq üçün xəstəxanda daxili qaydalar yaradıb. Xüsusi mühasiblər tutulub. Xəstəxananın tibb işçiləri baş həkimin davranışına narazılıq edərək deyirlər ki, ölkənin heç bir xəstəxanasında bu şəkildə qaydalar tətbiq edilmir, İlham Mustafayev dövlət xəstəxanasını özəl klinikaya çevirib. Daxili əmrlə qrup yaradılıb. İndi təcili yardım həkimləri çağırışa yalnız bur qrup qaydaları əsasında çıxa bilirlər.

Direktor təcili yardım həkimlərinə tapşırıb ki, çağırışa getdiyiniz evlərdə koronavirus xəsətələri varsa evə daxil olmadan geri qayıdın, ora başqa briqada göndərək. Bu da əhalidə haqlı narazılığa səbəb olur. Həkimlərin narazılıqlarını öz dillərindən eşidək.

Məsələ ilə bağlı xəstəxananın direktoru və mühasibi ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verilmədi. Xəstəxana əməkdaşlarının şikayətini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə çatdırdıq. Agentliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən faktın araşdırılıb, bizə məlumat veriləcəyi bildirildi.

Son xəbərlər
Bütün xəbərlər »