Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanla Rusiya arasında pomidor ixracı ilə bağlı danışıqlar başlayır
Pomidor

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə yanvarın 26-da danışıqlar aparacaq.

“Report” "Rosselxoznadzor"un saytına istinadən xəbər verir ki, tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.

Bu istehsalçıların məhsulunda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.

Hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinin Rusiyaya pomidor ixrac etməyə icazə verilir.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »