Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərin suyu kəskin azalır - 2050-ci ilə qədər bu belə davam edəcək
XƏZƏR DƏNIZI

Son 5 ildə relyefdən asılı olaraq Xəzər dənizinin suyu ciddi şəkildə azalıb. Bu il isə biz bunu daha gözləgörünür şləkildə müşahidə edə bilirik. Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi özünü daha şiddətli biruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmayıb.

“Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2-4 metr çəkilib, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha çoxdur. Xəzərin Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq, bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib”. Bizimyol.info-nun xəbərinə görə,bu məlumatı AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov

Alim qeyd edib ki,su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin surətdə biruzə verəcək. Ötən yay Kürdə suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi səbəbiilə artıq Kür Xəzərə yox, Xəzər Kürə axmağa başlayıb. Dənizinin şor suyu isə çayın şirin suyunu istifadəyə yararsız edib. Bu özünü daha çox çayın Neftçala rayonu ərazisindən keçən hissəsində qabarıq göstərib.

Bir müddət öncə İran alimləri də Xəzər suyunun həddən artıq azalaraq, dənizin sahəsinin indikindən qat- qat kiçik olacağını bildirmişdilər.

Hazırda Muxtadır qəsəbəsinə yaşayan ekoloq Adil Məmmədov Bizimyol.info-ya bildirib ki, Xəzər dənizində bu qaydada qabarma və çəkilmələr zaman-zaman mövcud olub.

“Vaxt olub Xəzərin suları indiki Aran rayonlarımızın ərazilərini örtüb. Bəs Ucarın, Kürdəmirin şoran düzlərinin səbəbi nədir? ?Həmin duzlardı . Qurunt suyu artdıqca çıxır üzə. Üst Pleystosen dövründən bu yana Xəzərdə dəfələrlə transqressiya və reqressiya baş verib. Bu ümumplanetar istiləşmə və ya buzlaşma ilə bağlıdır. Geoloji səbəb isə Kaynazoyda baş verib. Alp qırışığı dövründə Qafqaz dağlarının əmələ gəlməsi Xəzəri dünya okeanından ayırıb. Mingəçevirə qədər olan sahə, demək olar bütün Kür-Araz ovaığı Xəzərin yatağıdır. Bozdağı qazırsan, lay-lay balıqqulağı, 2-3 sm qalınlığında duz çıxır. Deməli vaxtilə bu ərazilər dəniz dibi imiş”,- deyə ekoloq qeyd edib.

Xəzər dənizi

Tarixi mənbələrə görə, vaxtilə məşhur Qız qalası da dəniz sularının içərisində , sahilə yaxın tikilibmiş. Amma indi dənizlə qalanın arasında təxminən 100 metr məsafə var.

1978-95-ci illərdə Xəzərin səviyyəsi 2,5 metr qalxmışdı, xeyli ərazi suyun altında qalmışdı. Təxmini hesablamalara görə, təsərrüfatlara 2 milyard manat ziyan dəymişdi. Sonra isə bu səviyyə stabilləşdi və suyun altında qalan ərazilər yenidən üzə çıxdı. Xəzərin səviyyəsi 10-15 ildən bir aşağı düşə bilər. Araşdırmalara görə, 250 il Xəzərdə enmə olur, sonra isə suyun səviyyəsi qalxır. 4 min il ərazində Xəzərlə bağlı 8 belə dövr müəyyən olunub. Sonuncu dəfə qalxma 1800-cü ildə baş verib. 1810-1820-ci illərdən sonra suyun səviyyəsi enməyə başlayıb. Növbəti 25 il ərzində, təxminən 2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsinin enməsi gözlənilir”,- deyə alim qeyd edib.

Bir qədər də Xəzərimizin tarixi adları barədə qeyd etmək istərdim.

Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə. VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan ( canavarlar ölkəsi) adlanır. Heredot bu adlarla yanaşı, Coşqun və Hirkan dənizi adlarını da işlədib. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (monqol-türklərdən götürülmşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövləti ilə bağlı), Xvalın, Dərbənt və s. kimi adlandırılır. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə məxtəlif adlar vermişlər. Məsələn, ruslar — Xvalın, tatarlar — Ağ dəniz, türklər — Kiçik dəniz, çinlilər — Si Hay, yəni qərb dənizi. Rusiyada Kaspiy adı XVI əsrin əvvələrində meydana gəlib.

İlhamə Rəsulova

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
Son xəbərlər
Bütün xəbərlər »